“Burc” FM və “Xəzər” FM radiolarının əməkdaşları və bir qrup muğənnilər şagirdlərlə görüşüb

Yanvarın 14-də  Sumqayıt Özəl Türk Liseyində “Burc” FM və “Xəzər” FM radiolarının direktoru Sərraf  Nəzərli və müğənnilərdən “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı, Coşqun Viləş, Pərvin Lətifov, Yaşar Yusifov, Emil Bədəlov, Elnur Zeynalov, Zaur Əmraslanov, Elçin Hüseynov, Aqşin Taryeloğlu və Ramin Hüseynov şagirdlərlə görüşüblər. Qonaqlar əvvəlcə liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları və sosial şəraiti ilə yaxından tanış olublar. Sumqayıt Özəl Türk Liseyinin müdir müavini Tuncer Telli qonaqlara bu tədris müəssisəsinin təhsildə əldə etdiyi uğurları, beynəlxalq və Respublika fənn olimpiadalarında qazandığı nailiyyətləri barədə ətraflı məlumat verib.
Sonra qonaqlar liseyin konfrans zalında məktəblilərlə görüş keçiriblər. Görüş zamanı S. Nəzərli, R. Zeynallı və C. Viləş çıxış edərək burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiriblər. Məktəbliləri düşündürən sualları cavablandırıblar. Şagirdlərə təhsildə yeni-yeni uğurlar arzulayıblar. 

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF