Qafqaz Universitetinin rektoru Professor Ahmet Saniç Türkiyənin Səlcuq Universitetini ziyarət etmişdir.
30 Yanvar 2012-ci il tarixində Qafqaz Universitetinin rektoru Professor Ahmet Saniç
Türkiyənin Səlcuq Universitetini ziyarət etmişdir. Səlcuq
Universitetinin rektoru Professor Hakkı Gökbeli rektor təyin edilməsi
münasibəti ilə təbrik edən rektor ziyarətindən məmnunluq duyduğunu
bildirdi.
Daha sonra Universitetlər arası əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, ortaq layihələrlə bağlı mövzular müzakirə olundu.