ELM VƏ ƏDƏB ABİDƏSİ: İBRAHİM CANAN BƏY
ELM VƏ ƏDƏB ABİDƏSİ: İBRAHİM CANAN BƏY Ömer OKUMUŞ, Setter DURMAZ Qafqaz Üniversitesi Bakü / AZERBAYCAN XÜLASƏ İbrahim Canan, müəllifi olduğu qırxdan çox kitab, çox sayda məqalə və konfransları ilə elm aləmində məşhur mühüm şəxsiyyətlərdəndir. 1940 ‐ cı ildə Qaramanın Ermenek rayonu Küçükkarapınar kəndində anadan olan İbrahim Canan, ilk təhsilini Qaraman, Ermenek və Konyada almış, 1958 ‐ ci ildə Konya Oğlan Liseyi, 1962 ‐ ci ildə isə Ankara Universiteti İlahiyyat Fakültəsindən məzun olmuşdur. Kayseri və Akşəhərdəki məktəblərdə müəllimlik edən İbrahim Canan, 1972 ‐ ci ildə Paris ‐ Sarbon Universitetində “Həzrəti Peyğəmbərin təbliğ metodları” adlı doktorluq dissertasiyasını başa çatdırmışdır. İbrahim Canan, 1973 ‐ cü ildə Atatürk Universiteti İslami Elmlər Fakültəsində müəllim olaraq işə başlamışdır. Bununla yanaşı, Harran Universiteti İlahiyyat fakültəsində dekan, Qafqaz Universitetində rektor kimi rəhbər vəzifələrdə çalışmışdır. İbrahim Cananın ən mühüm ə...