Ahmet Saniç: “Bu millətin işıqlı gələcəyi elmdədir”

13:44 / 07.01.2012
Abşeron rayon Mədəniyyət Evində böyük bir canlanma var idi. Qafqaz Universitetinin teatr özfəaliyyəti kollektivi daha fərqli və məsuliyyətli bir həyəcan yaşanıb. “Mesenat” abşeronluların və bütün teatrsevərlərin qarşısına çıxdı. Əli Əmirlinin milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” pyesinin sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluşu əsasında eyniadlı tamaşası alqışlarla qarşılanıb. Tələbə gənclərin ifasında Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük oğlu, mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı xalqın yaddaşında yenidən canlanıb. Tamaşanın sonunda Abşeron rayon rəhbərliyinə, o cümlədən təhsil və mədəniyyət şöbələrinin rəhbərlərinə təşəkkürünü bildirən universitetin rektoru Ahmet Saniç xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişinin təhsillə, maariflə bağlılığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə yalnız millətin öz övladları yandıra bilər. Bu mənada H. Z. Tağıyevin əməllərini, onun millətin işıqlı gələcəyi üçün etdiklərini unutmamalıyıq.
Tələbə-aktyorları hərarətlə alqışlayan və təbrik edən rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev, Mədəniyyət şöbəsinin müdiri İlham Manafov teatrlara marağın dar çərçivədə olmasına baxmayaraq, bu tamaşaya olan maraq və oyun tərzindən məmnun olduqlarını bildiriblər. Tamaşanı izləyənlər arasında universitetin müəllim heyəti də var idi. Onlar tamaşanın peşəkarlıqla yazıldığını və oynanıldığını qeyd etdilər. Müəllimlər həmçinin tamaşanın məqsəd və əhəmiyyətindən də ürək dolusu söhbət açıblar.
Qeyd edək ki, “Mesenat” pyesinin tələbələrin ifasında ilk tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılıb.
S.QARAYEVA
http://525.az/view.php?lang=az&menu=19&id=39372

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde