Liseydə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans keçirilib
Ağdaş Özəl Türk Liseyində 20 yanvar şəhidlərinin xatirəsinə həsr
olunmuş komfrans və slayd yarışması keçirilib. Konfransda Ağdaş Rayon
İcra Hakimiyyəti başçısının müavini Qalib Həsənov və məsul işçisi Möhlüd
Hacıxanov iştirak ediblər. Əvvəlcə qonaqlar, liseyin kompyuter
laboratoriyasında şagirdlərin 20 yanvar faciəsi ilə əlaqədar
hazırladıqları slaydlara baxıblar. Sonra liseyin konfrans zalında tədbir
davam edib. Konfrans iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər. Sonra Ağdaş Özəl Türk Liseyinin müdiri
Ramazan Tomay 20 yanvar faciəsi haqqında konfrans iştirakçılarına
ətraflı məlumat verərək bildirib ki, 1990 -cı il, yanvarın 19-dan 20-nə
keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan
xalqına qarşı amansız terror aktı həyata keçirilib. Daha sonra Ağdaş
rayon İHB-nın müavini Q. Həsənov və Ağdaş İH-nin məsul işçisi M.
Hacıxanov çıxış edərək bu konfransın əhəmiyyətindən danışaraq,
şagirdlərə 20 yanvar faciəsiylə bağlı olan həqiqətlərdən söhbət açıblar.
Natiqlər 20 yanvar faciəsinin bir daha təkrarlanmamasının yeganə
yolunun bu günki təhsilimizin çox yüksək səviyyəyə qaldırılması ilə
əlaqələndirərək, şagirdlərin hər birinin çox yüksək dərəcədə elmin
sirlərinə yiyələnmələrini tövsiyə edib.