Yayınlar

Temmuz, 2014 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Bizim Ailəmizdir

Resim
  Müasir dünyada texnologiyanın sürətli inkşafı və bütün sahələrdə artan rəqabət xüsusi bacarıq və peşəkarlığa sahib olmağı tələb edir. Universitet həyatı müəyyən bir sahədə elmə yiyələnmək və iş həyatının tələb etdiyi xüsusiyyətləri qazanmaq üçün əsas amildir. Tələbələrin cəmiyyətdə özlərinə yer tapa bilmələri, ailədə və iş dünyasında faydalı əlaqələr qurması üçün mütəxəsis diplomu almaqdan əlavə, onların sosial-mədəni fəaliyyətləri, əxlaqi və etik dəyərləri necə qavramaları da vacib faktordur. Bütün bunları nəzərə alaraq Qafqaz Universiteti tələbələrə aşağıdakı imkanları təqdim edir: Təhsil keyfiyyəti: yüksək keyfiyyətli, təmənnasız təhsil, ciddi tədris metodikası, düzgün qiymətləndirmə, təlim-tərbiyəyə verilən önəm, müəllimlərin tələbələrə fənnləri və ixtisası sevdirmələri. Sərbəst düşüncə və təşəbbüskarlıq: tələbələrin fikrinə hörmət göstərilməsi, sərbəstlik, müstəqillik, tələbələrin cəmiyyət üçün faydalı insan olaraq yetişdirilməsi. Müəllim tələbə münasibətləri: Tələbə

“İxtisas qrupumu sevdiyim fənlərə görə müəyyən etmişəm”

Resim
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı imtahan nəticələrinin böyük sevinc bəxş etdiyi ailələrdən biri də İsmayıl Hacıyevin ailəsidir. Bu ailənin yeganə oğul övladı Məmməd Hacılı I ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanlarında maksimum balı (700 bal) toplayaraq yaxınları və müəllimləri başda olmaqla, onu sevən hər kəsi sevindirib. Bu ailənin sevincinə şərik olmaq üçün Məmməd Hacılının qonağı olduq.  Məlumat üçün bildirək ki, Hacıyevlər ailəsi Zəngilan rayonundandır. Onlar ermənilər tərəfindən öz doğma yurdlarından didərgin salındıqdan sonra, dövlət tərəfindən Bakıdakı yataqxanaların birində müvəqqəti yaşayış yeri ilə  təmin olunublar. “Məmməd həm də nümunəvi övlad olub” Ürəyi fərəhlə dolu ata ürəyindən keçənləri eşitmək bizim üçün çox maraqlı idi. İ. Hacıyev bildirdi ki, məcburi köçkün həyatı yaşadığı üçün daimi fikrini ailə qayğıları məşğul edib. Həm özü, həm də ailəsi üçün nəsə böyük arzuları olmayıb. Bəlkə də olub, sadəcə, bu barə

"Pasha Bank" esse müsabiqəsinin 10 qalibini müəyyənləşdirib

Resim
Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Emin Əliyev/ "Pasha Bank" "British Council Azerbaijan" ilə birlikdə "Gələcəyə təşəbbüs" illik esse müsabiqəsinə yekun vurub. Trend-in məlumatına görə, bankın Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Sona Abbasovanın sözlərinə görə, belə tədbirlərin keçirilməsi "Pasha Bank"ın korporativ sosial məsuliyyət siyasətinin bir hissəsidir: "İqtisadi inkişafın sürətləndirilməsi və insan kapitalının və maliyyə təhsilinə investisiyaların yatırılmasına yönəlmiş siyasətimizə uyğun olaraq "Pasha Bank" artıq dördüncü ildir ki, bu müsabiqəni keçirir. Biz bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik". Müsabiqədə iqtisadi mövzuda 100-ə yaxın iş təqdim olunub. Onların ali məktəblərin tələbələri olan müəllifləri Azərbaycanın gələcək inkişafı haqqında öz baxışlarının və ideyalarını ifadə ediblər. "Pasha Bank" və "British Council"ın nümayəndələrindən təşkil olu

“PAŞA Bank” və “British Council” yazı müsabiqəsinin qaliblərini elan edib

Resim
Bakı. Musa Əhmədov– APA-Economics. "Pasha Bank" "British Council Azerbaijan" ilə birlikdə ‘Gələcəyə Təşəbbüs Yazı Müsabiqəsi 2014’ layihəsinin qaliblərini elan edib. "Pasha Bank"dan “APA-Economics”ə verilən məlumata görə, müsabiqəyə Azərbaycanın müxtəlif universitetlərindən 100-ə yaxın iş təqdim olunub. İqtisadi inkişafla bağlı mövzuları əhatə edən yazılarda ölkənin gələcək inkişafına dair müxtəlif yönümlü, orijinal fikirlər öz əksini tapıb.  “PAŞA Bank”ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova deyib ki, belə tədbirlərin keçirilməsi "PAŞA Bank"ın korporativ sosial məsuliyyət siyasətinin bir hissəsidir: “PAŞA Bankın Korporativ Sosial Məsuliyyət proqramının əsas missiyası olan İqtisadi İnkişafın Sürətləndirilməsi və İnsan Kapitalına İnvestisiya çərçivəsində artıq dördüncü ildir ki, biz uzun müddətli partnyorumuz olan “British Council” ilə çox effektiv nəticəsi olan bu layihəni həyata keçiririk. Layihəni növbəti illə

Qafqaz Universiteti bu il üçün tələbə qəbulu planını 930-a yüksəldib.

Resim
Moderator.az xəbər verir ki, ə universiterin İctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa məlumat verib. O, qeyd edib ki, universitetdə bu il ödənişsiz təhsil planı üçün 530 yer müəyyənləşdirilib. "Keçən il universitetə qəbul planı 802 yer, 360 yer isə dövlət sifarişli olub". N. Paşa bu il Qafqaz Universitetində 2 ixtisasın yaradıldığını da sözlərinə əlavə edib. Onun sözlərinə görə, yeni ixtisaslardan biri BP-nin sponsurluğu ilə yaradılan "İnşaat Mühəndisliyi" ixtisasıdır, ikinci isə "Məktəbəqədər təhsil" in ingilis dilində tədrisi ixtisasıdır. http://moderator.az/?xeber=50072

700 bal toplayan abituriyentlər danışdı:

Resim
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. I qrupdan 5 nəfər, IV qrupdan 2 nəfər 700 bal toplayıb. Publika.az həmin abituriyentlərin ixtisas seçimləri və hazırlıq prosesi barədə maraqlanıb. I ixtisas qrupu üzrə imtahan verən Könül Qurbanlı Yusif qızı Azərbaycan bölməsi üzrə “Zəngi” liseyinin məzunudur. Müəllimləri və valideynləri üçün 700 bal gözlənilən nəticə olsa da, Könülün bəzi şübhələri olub. TQDK-nın sınaqlarında 690 bal toplayıb. Onun birinci qrupu seçməsi isə riyaziyyat fənninə olan sevgisidir. “10-11-ci siniflərdə ciddi və çətin hazırlıq prosesi keçmişəm, amma nəticə yaxşı olduğu üçün həmin çətinliyə dəydi. Hansı universitetdə təhsil almaq qərarını verməmişəm, Bakı Ali Neft Məktəbi, ADA-da təhsil almaq,  təhsilimi magistratura səviyyəsində xaricdə davam etdirmək istəyirəm”. Hacılı Məmməd İsm

Qafqaz Universitetindən yenilik (FOTO)

Resim
Universitet tələbə qəbulu planını yüksəldib Qafqaz Universiteti bu il üçün tələbə qəbulu planını 930-a yüksəldib. Bu barədə ANS PRESS-ə universiterin İctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa məlumat verib. O, qeyd edib ki, universitetdə bu il ödənişsiz təhsil planı üçün 530 yer müəyyənləşdirilib. "Keçən il universitetə qəbul planı 802 yer, 360 yer isə dövlət sifarişli olub". N. Paşa bu il Qafqaz Universitetində 2 ixtisasın yaradıldığını da sözlərinə əlavə edib. Onun sözlərinə görə, yeni ixtisaslardan biri BP-nin sponsurluğu ilə yaradılan "İnşaat Mühəndisliyi" ixtisasıdır, ikinci isə "Məktəbəqədər təhsil" in ingilis dilində tədrisi ixtisasıdır.     http://www.anspress.com/index.php?a=2&lng=az&nid=284119&fb_action_ids=819839541360049&fb_action_types=og.recommends

Qafqaz Uiniversitetində “Proqramlaşdırma təlimi” layihəsinin iştirakçılarına sertifikat təqdim olunub

Resim
1-30 iyun 2014-cü il tarixlərində  Qafqaz Uiniversitetində “Abşeron Rayon Ümumtəhsil məktəbləri müəllimlərinə “ Proqramlaşdırma təlimi”  layihəsi çərçivəsində dərslər müvəffəqiyyətlə bitmişdir.     04 iyul 2014-ci il tarixində həmin təlimdə iştirak edən riyaziyyat informatika muəllimlərinə sertifikat təqdimatı keçirilib.Tədbirdə Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin baş müəllimi təlimçi Etibar Seyidzadə həyata keçirilmiş təlim haqqında ətraflı məlumat verib. O qeyd edibki, təlimlər Qafqaz Universitetinin kompyuter laboratoriyasında keçirilmişdir. Təlimlərdə Xırdalan şəhəri, Abşeron rayonunun Saray, Masazır, Novxanı, Hökməli, Görədil ümumtəhsil məktəblərindən 18 nəfər İnformatika və Riyaziyyat fənn müəllimləri iştirak etmişdir. Müəllimlərə 65 saatlıq təlim müddətində alqoritmlər və C dilində proqramlaşdırma mövzuları tədris edilmişdir. Müəllimlər e-olimp.com.ua/az saytında avtomatik qiymətləndirilmə sistemi və onun imkanları ilə tanış olmuşlar. Təlim müddətində müəll

"İZ"li Pilləkənlər

Resim
"İZ" layihəsi çərçivəsində daxil olan müraciətlərdən biri daha gerçəkləşdi. Pedoqogika fakultəsi, İbtidai sinif müəllimliyi bölməsi tələbəsi Nərmin İbrahimlinin  "Ağıllı Pilləkənlər" adlandırdığı bu layihə müraciətçinin öz başçılığı və əməyi sayəsində həyata keçirildi. İlkin olaraq bir pilləkən üçün tətbiq edilən bu layihənin məqsədi Universitetin bütün pilləkənlərini "Ağıllı Pilləkən"ə çevirməklə həm Universitetimizin İnteryerinə bəzək gətirmək həm də hər kəsə faydalı ola biləcək aforizmləri hər zaman göz qabağında tutaraq onları maarifləndirməkdir. http://iz.qu.edu.az/az/news/2014/07/quot-iZ-quot-li-Pillekenler-15.html

Artıq "İZ"i qalanlar var...

Resim
Məlumunuz olduğu kimi, bir neçə ay əvvəl Qafqaz Universiteti İnzibati-Təsərrüfat işləri üzrə prorektorluğu “İZ” layihəsinə start verdi.  Əsas məqsədi Universitetin gözəlləşdirilməsi, Universitet şəhərciyinə innovativ ünsürlər gətirilməsi və müəllim və tələbələrin bu işlərə cəlb edilməsi olan layihənin birinci fazasında qəbul olunan müraciətlər müraciətçilərin özlərinin də iştirakı ilə əvvəlcədən müəyyən olunmuş Qİymətləndirmə Komissiyası tərəfindən dəyirmi masa arxasında dəyərləndirildi və həyata keçirilmə ardıcıllığına görə qruplara bölündü.  Həyata keçirilən ilk müraciət isə Universitetin Pedoqogika fakultəsi İbtidai Sinif Müəllimliyi bölməsi tələbəsi Nərmin İbrahimliyə məxsusdur. Layihə əsasında Universitet kampusu daxilində yerləşən skamyaların Qafqaz Universiteti logosu ilə bəzədilməsi nəzərdə tutulub. İlkin olaraq bu gün 2 skamya mavi rəngli Qafqaz logosu ilə bəzədildi. Ümid edirik ki, bu layihə tam olaraq həyata keçirildikdən sonra hər kəsin böyük marağına səbəb olacaq. 

“Mən həm də iki ölkə arasındakı əlaqələrə yeni körpü salacağam”

Resim
  Qafqaz Universitetinin tələbəsi, 18 yaşlı mozambikli qız Şakira İssufu Malunda “Nə qaldı” və daha bir neçə Azərbaycan mahnısını əsl azərbaycanlı kimi ifa edir. Üstəlik, onun aparıcılıq qabiliyyəti də var. Bu il Bakıda keçirilmiş Məktəblilərin VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının, eləcə də Ümumrespublika Dil və Mədəniyyət Festivalının aparıcılarından biri (digər aparıcı İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Saleh Bağırov idi) də o olub. Şakiranın Azərbaycan dilində səlist danışması dəfələrlə alqışlarla qarşılanıb. Bu günlərdə “Qafqaz”da olarkən Şakira ilə həmsöhbət olduq. Onunla söhbətə elə bu tədbirlərlə bağlı sualla körpü saldıq. O dedi: “İnsanlar Yer kürəsinin sinəsinə çətin sağalan yaralar vurub. Bu ciddi problemin həllində yetişməkdə olan nəslin üzərinə böyük vəzifələr düşür. Onlar yaşlı nəsillərin təbiətə vurduğu yaraları sağaltmalı, bitki və heyvanat aləminin hərtərəfli inkişafı üçün səy göstərməlidirlər. Elə Məktəbliləri