Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyində Muğam Gecəsi keçirilib
Yanvarın 25-də Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyində, Gəncədəki
Türk iş adamlarının birgə təşkillatçılıqları ilə dahi Azərbaycan şairi
Nizami Gəncəvinin 870 illik yibileyinə həsr edilmiş “Muğam Gecəsi”
keçirilib. Gecədə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Haluk
Ağca, Nizamişünas- Gəncə Dövlət Universitetinin prof. Xəlil Yusifli,
Gəncə Appelyasiya məhkəməsinin əməkdaşları, Şəhər İcra Hakimiyyətinin
nümayəndələri və bir çox qonaqlar iştirak ediblər.
Qonaqlar məhz bu tədbirin dahi şairimiz N. Gəncəvinin yubileyinə həsr
olunmasını, Nizami irsinə yüksək qiymət verilməsindən xəbər verdiyini
dilə gətirərək, tədbirin təşkil olunmasında əməyi keçən bütün insanlara
təşəkkürlərini bildiriblər.
Gecədə tanınmış muğam ifaçısı, xanəndə Mahir Qarabağlı öz məlahətli ifası ilə iştirakçıları feyziyab edib.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/458-liseyd-mugam-gecsi.html