Kayıtlar

bilik yarışları etiketine sahip yayınlar gösteriliyor

“Çağ-ATÖL” bu tədris ilini 48 medalla başa vurur

Resim
“Çağ” Öyrətim Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri bu tədris ilində müxtəlif ölkələrdə keçirilən bilik yarışlarında 13 qızıl, 14 gümüş, 21 bürünc medal əldə ediblər. Bununla da “Çağ” müxtəlif bilik yarışlarından ölkəmizə gətirdiyi medalların sayını 271-ə (63 qızıl, 95 gümüş, 113 bürünc) çatdırıb. Bu ilin may ayı “Çağ” üçün daha yaddaqalan olub. Belə ki, bu ay Türkiyənin Adana şəhərində V Beynəlxalq Layihə Yarışmasında bu təhsil oçağının şagirdləri 2 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar. Bu yarışmada Rəşad Abdullayev və Fərid Əhmədlinin “Hidrogen və günəş batareyaları mənbəyinə əsaslanan yeni avtomobil modeli” layihəsi “Qızılların qızılı” medalı ilə qiymətləndirilib. Qeyd edək ki, Tüyap Adana Beynəlxalq Bilik Sərgisi Mərkəzində düzənlənən bu olimpiadanı izləyənlər arasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, eləcə də tanınmış iş adamı Mübariz Mənsimov də olublar. “Çağ” ABŞ-ın Hyuston ştatında 51 ölkənin məktəblilərinin qatıldığı ISWEEEP (Internat...