17 Şubat 2012 Cuma

Gəncədə üç universitet arasında memorandum imzalanıb

Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, memorandumu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdamət Sadıqov, Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov və Qafqaz Universitetinin rektoru Əhməd Saniç imzalayıb.

Sənəddə bir sıra birgə layihələrin həyata keçirilməsi qeyd olunub. Mərasimdə çıxış edənlər əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu qarşılıqlı əlaqələrin Azərbaycan elminə mühüm töhfələr verəcəyini bildiriblər.


Məlumata görə əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində başlanılacaq. Müqavilə üzrə nəzərdə tutulan əməkdaşlıq 1-ci təhsil sahəsində, 2-ci ən əsas istiqamət tədris proqramları sahəsində, 3-cü sahə isə müəllim və tələbələrin mübadiləsi olacaqdır. Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil olunacaq.


V. Məmməd
Gün.Az

Qafqaz Universiteti ABŞ və yerli ali məktəblərlə əməkdaşlıq edir

Qafqaz Universiteti ilə ABŞ-ın Georgia ştatında yerləşən Cənub Politexnik Dövlət Universiteti (SPSU) arasında əməkdaşlıq memorandumu imzalanıb.Bu barədə Qafqaz Universitetindən bildirilib.
Memoranduma əsasən, iki universitet arasında birgə tədris və elmi tədqiqat işlərinin aparılması, ikili diplom proqramlarının və layihələrin həyata keçirilməsi planlaşdırılır.
Universitetdən həmçinin bildiriblər ki, Qafqaz Universiteti Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə də əməkdaşlıq memorandumu imzalayıb. Memoranduma əsasən bir sıra müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç imzalama mərasimində bildirib ki, memorandum üzrə əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində strat veriləcək. "Bizim elmi işlərimiz, tələbə mübadiləmiz, universitetlər arasında aparılacaq hər cür əməkdaşlıq haqqında maddələr bu sənəddə var. Bununla da Bakı ilə Gəncə arasında yeni elmi körpü qurulacaq. Bakı və Gəncədəki elmi informasiyalar birləşmiş olacaq, nəticədə daha böyük uğurlar əldə edə biləcəklər", - o deyib.
Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov müqavilə barədə danışarkən deyib ki, sənədə əsasən universitetlər arasında ən yüksək səviyyədə əməkdaşlıq ediləcək, elmi yeniliklərin və təcrübələrin mübadiləsi aparılacaq.
Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil olunacaq, nəticədə bu əməkdaşlıqdan bütün universitetlər faydalanacaq.
http://xezerxeber.com/XeberOxu.aspx?id=6431

Qafqaz Universiteti ilə ABŞ universiteti arasında memorandum imzalandı


Qafqaz Universiteti ilə ABŞ-ın Cənub Politexnik Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Qafqaz Universiteti ABŞ-ın Georgia ştatındakı Cənub Politexnik Dövlət Universiteti ilə birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Memoranduma əsasən, iki universitet arasında birgə tədris və elmi tədqiqat işlərinin aparılması, ikili diplom proqramlarının və layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qafqaz Universiteti ilə ABŞ-ın Cənub Politexnik Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır

Bakı, 17 fevral (AzərTAc). Dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Qafqaz Universiteti ABŞ-ın Georgia ştatındakı Cənub Politexnik Dövlət Universiteti ilə birgə əməkdaşlığa dair memorandum imzalamışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, memoranduma əsasən, iki universitet arasında birgə tədris və elmi tədqiqat işlərinin aparılması, ikili diplom proqramlarının və layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qafqaz Universiteti ABŞ və yerli ali məktəblərlə əməkdaşlıq memorandumları imzalayıb




Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir M.Əliyev/
Qafqaz Universiteti ilə ABŞ-ın Georgia ştatında yerləşən Cənub Politexnik Dövlət Universiteti (SPSU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Trend-in məlumatına görə, bu barədə Qafqaz Universitetindən cümə günü bildirilib.
Memoranduma əsasən, iki universitet arasında birgə tədris və elmi tədqiqat işlərinin aparılması, ikili diplom proqramlarının və layihələrin həyata keçirilməsi planlaşdırılır.
Universitetdən həmçinin bildiriblər ki, Qafqaz Universiteti Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə də əməkdaşlıq memorandumu imzalayıb. Memoranduma əsasən bir sıra müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç imzalama mərasimində bildirib ki, memorandum üzrə əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində strat veriləcək. "Bizim elmi işlərimiz, tələbə mübadiləmiz, universitetlər arasında aparılacaq hər cür əməkdaşlıq haqqında maddələr bu sənəddə var. Bununla da Bakı ilə Gəncə arasında yeni elmi körpü qurulacaq. Bakı və Gəncədəki elmi informasiyalar birləşmiş olacaq, nəticədə daha böyük uğurlar əldə edə biləcəklər", - o deyib.
Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov müqavilə barədə danışarkən deyib ki, sənədə əsasən universitetlər arasında ən yüksək səviyyədə əməkdaşlıq ediləcək, elmi yeniliklərin və təcrübələrin mübadiləsi aparılacaq.
Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil olunacaq, nəticədə bu əməkdaşlıqdan bütün universitetlər faydalanacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az