“Azərikimya” İB Qafqaz Universiteti ilə əlaqələri genişləndirir
Bakı, 19 yanvar, SalamNews, A.Kərimov “Azərikimya” İB Qafqaz Universiteti ilə əlaqələri genişləndirir.
ARDNŞ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, ali
təhsil ocağının texniki və iqtisadiyyat fakültələri tələbələrinin
“Universitet – müəssisə” sistemi üzrə Birliyin zavodlarında təcrübə
keçmələri, nəzəri biliklərini praktikada daha da təkmilləşdirmələri üçün
“açıq qapı” şəraitinin yaradılması istiqamətində səmərəli iş aparır.
Bu günlərdə “Azərikimya”nın internet səhifəsinin təkmilləşdirilməsi
üçün istedadlı tələbələrin texniki yaradıcılıq potensialından istifadə
etmək qərara alınıb. Bununla bağlı Qafqaz Universitetində görüş
keçirilib.
İdeyanın “Azərikimya” ilə yeni, daha sıx münasibətlərin
formalaşmasına, tələbələrin intellektual inkişafına xidmət etdiyini
bildirən universitet təmsilçiləri təşəbbüsü bəyəndiklərini və
tələbələrin bu işə məmnunluqla qoşulacaqlarını söyləyiblər.