Kayıtlar

Mart, 2013 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Universitetində sərgi - VİDEO

Resim
Sərgidə bir sira fiziki proseslər əyani şəkildə göstərilib. Velosiped təkəri nazik bir ipdən asılaraq dayanmadan fırlanır. Bu oyuncaq avtomobil saatda 220 km sürətlə radara düşüb.  Bəlkə də inanmayacaqsınız qızın sacındakı lent 30000 min volt gərginliklə dalğalanır.. Qafqaz universitetində keçirilən texnoloji sərgi  maraqlı  görüntülərlə yadda qalıb Baxın görün insanın əlində olan enerji bir pəri necə hərəkətə gətirir. Eyni tələbə 3 aya hazırladığı kiçik gəmini nə qədər çalışsa da mühərriki işə düşmədi. Bu cihazın dəstəyini fırlatmaqla enerji alınır. Alınan enerji istənilən insanın saçındakı lenti qaldırır.. Tələbələrin təkərlə göstərdikləri eksperiment xeyli maraqlıdır. İçəridəki sərgi ilə yanaşı universitetin həyətində oyuncaq avtomobillərlə şou göstərilirdi. http://www.xezerxeber.com/XeberOxu.aspx?id=55485#.UVgGyzebPhE  

Quba və Qusar rayonlarında əsgər ziyarəti

Resim
Məzun Koordinasiya Şöbəsinin əməkdaşları 30.03.2013 və 31.03.2013 tarixlərində Quba və Qusarda hərbi xidmətdə olan məzunları həmin rayonlarda işləyən məzunlarla birgə ziyarət etdi və onların xidət şəraitləriylə tanış oldular. Məzunlarımız  öz əsgərlik xatirələrini bizimlə böluşdülər. Məzunlarımız unverisitetin təşkil etdiyi  bu göruşdən çox şad olduqlarını bildirdilər. Qafqaz univerisiteti  onları unutmadığını, əsgərlikdə də onlara baş çəkməsi onları çox sevindirdi.  Məzunlar bunu universitetin onlara vermiş olduğu  dəyərin bariz nümunəsi kimi qiymətləndirdilər. Məzunlarımızla xatirə şəkili çəkdirib xoş təəssüratlarla ayrıldıq.

Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirilmişdir

Resim
Bakı, 27 mart (AzərTAc). Qafqaz Universitetində tələbə və məktəblilərin proqramlaşdırma üzrə respublika və beynəlxalq olimpiadalara hazırlanmaları üçün dördüncü “Proqramçıların yaz məktəbi” təlimləri keçirilmişdir. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, təlimlər Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin kibernetika fakültəsinin riyazi informatika kafedrasının dosenti Mixail Medvedev (Ukraynada proqramlaşdırma olimpiadaları üzrə mütəxəssis və təlimçi) tərəfindən aparılmışdır. Təlimlərdə universitetin kompyuter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi bölmələrindən 30 tələbə və Azərbaycan-Türkiyə özəl liseylərindən 5 şagird iştirak etmişdir. Seçilən tələbə və şagirdlər iyulun 6-dan 13-dək Avstraliyada keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın məktəblilər komandasını təmsil edəcəklər). Səkkiz gün davam edə

Yeni Fikir Müsabiqəsi üçün KONSULTASİYALAR

Yeni Fikir Müsabiqəsində (YFM)   iştirak etmək istəyənlərin nəzərinə KONSULTASİYALAR 05 APREL 2013-CÜ İL TARİXİNƏ KİMİ HƏFTƏNİN 1–6-cı günləri saat  11.00–12.00 –da Qafqaz Universiteti şəhərciyi, QUTECHNOPARK İnkubasiya Mərkəzində keçirilir. Konsultasiyada layihələrin yazılması, online qeydiyyat, ümumi məlumatlandırma və s. kimi YFM haqqında qarşıya çıxan bütün suallara cavab verilir.. www.yenifikir.az əlaqə : Dos. Isa Qasımov   Qafqaz Universiteti Texnopark müdiri Mobil: +994 050 6808445, +994 055 7680245 E-Poçt:  iqasimov@qu.edu.az URL:  http://www.qu.edu.az Ünvan:  AZ 0101, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küç. 120, Qafqaz Universiteti

Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi

Resim
17-24 mart 2013-cü il tarixlərində Qafqaz Universitetində Kompyuter Mühəndisliyi Bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə tələbə və məktəblilərin proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün sayca dördüncü olan “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi. Təlimlərin aparılması üçün Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Kibernetika Fakültəsinin Riyazi İnformatika kafedrasının dosenti Mixail Medvedyev ( Ukrayna Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, Ukrayna, Rusiya və Beynəlxalq proqramlaşdırma olimpiadalarda münsiflər heyətinin üzvü kimi tanınmış mütəxəssis ) təlimçi kimi Qafqaz Universitetinə dəvət edilmişdir. Təlimlərdə Qafqaz Universiteti Kompyuter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölmələrindən olan 30 tələbə və Azərbaycan Türk Özəl L

Qafqaz Universitetində “İkinci Biznes Keys Müsabiqəsi” Başlamışdır

Resim
Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqat Mərkəzi növbəti illik “İkinci Biznes Keys Müsabiqəsi”-nə başlayıb. Ötən ildən başlayaraq, bakalavr və magistr tələbələrindən təşkil olunmuş komandalar, müsabiqədə yarışıraraq beynəlxalq və yerli şirkətlərin biznes strategiyaları təhlili edirlər. Keçən il Qafqaz Universitetində keçirilən birinci illik biznes keys müsabiqəsində Qafqaz Universitetinin müxtəlif bölmələrindən olan tələbələri ibarət beş komanda Google, Dell, Jet Blue Airlines, Krispy Kream və Wholefoods Market kimi beynəlxalq şirkətlərin biznes strategiyalarının təhlilinə dair təqdimat keçirdilər. Bu il təşkil olunmuş ikinci illik biznes keys müsabiqəsində yer alan komandalar, yerli şirkət olan AZMDF üçün marketinq inkişaf strategiyasını hazırlayacaqlar. İkinci illik biznes keys müsabiqəsində iştirak etmək üçün müraciət edən on komandan, ingilis dili səviyyəsi, biznes və sahibkarlıq bilikləri nəzərə alı

Qafqaz” Universitetində “Bank of Baku”nun “Karyera günü” keçirilib

Resim
Bakı - APA -Economics. Qafqaz Universitetində “Bank of Baku”nun “Karyera günü” keçirilib. Bankdan “ APA -Economics”ə verilən məlumata görə, tələbələrə “Bank of Baku”da karyera imkanları haqqında məlumat vermək məramı daşıyan bu tədbir “Bank of Baku” ilə Qafqaz Universiteti arasında ötən il imzalanmış razılaşma çərçivəsində reallaşdırılıb. Tədbirdə çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev qeyd edib ki, sürətlə inkişaf edən maliyyə təsisatı kimi “Bank of Baku”nun yeni, ixtisaslı kadrlara ehtiyacı var. Bu mənada ali məktəb məzunları və gənclər bank üçün xüsusi önəm kəsb edir. Zaur Qaraisayev yaxın zamanlarda Qafqaz Universitetində “Bank of Baku”nun “Mühasibatlıq və audit laboratoriyası”-nın fəaliyyətə başlayacağını da bildirib. Həmçinin bildirilib ki, “Bank of Baku” Qafqaz Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramı təsis edib. Bu təqaüdü ba

Qafqaz Universitetində yeni kompyuter laboratoriyası təşkil edilmişdir

Resim
Bakı, 15 mart (AzərTAc). Novruz bayramı münasibəti ilə Azer.NET şirkəti Qafqaz Universitetində yeni kompyuter laboratoriyası təşkil etmişdir. Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışmışdır. Rektor eyni zamanda, universitetdə kompyuter laboratoriyası təşkil etdiyinə görə Azer.NET şirkətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Digər çıxış edən müəllim və mütəxəssislər laboratoriyadan səmərəli istifadə ediləcəyinə əminliklərini vurğulamışlar. Sonra tədbir iştirakçıları kompyuter laboratoriyası ilə tanış olmuşlar. http://www.azertag.gov.az/node/1068193

Novruz bayramı münasibəti ilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompyuter labaratoriya hədiyyə etdi

Resim

Onbirinci Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi keçirilmişdir

Resim
Bakı, 14 mart (AzərTAc). Bu ilin may-iyun aylarında Türkiyədə XI BeynəlxalqTürk dili Olimpiadası keçiriləcəkdir. AzərTAc xəbər verir ki, martın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XI Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi olmuşdur.Açılış mərasimində “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz olimpiada barədə məlumat vermiş, onun əhəmiyyətindən danışmışdır. Müxtəlif kateqoriyalar, o cümlədən mahnı və şeir üzrə keçirilən olimpiadanın Azərbaycan final mərhələsində ayrı-ayrı təhsil müəssisələrinin şagirdləri iştirak etmişlər.Seçilən qaliblər Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil edəcəklər. Keçən il keçirilən X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan 12 qızıl, 11 gümüş və 3 bürünc medal qazanmışdır. Bu nəticələrə əsasən, Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutmuşdur. Builki olimpiadada 140 ölkədən 2 min şagir

Azərbaycanı XI Beynəlxalq Türk dili Olimpiadasında təmsil edəcək komanda müəyyənləşdi

Resim
Bu ilin may-iyun aylarında Türkiyədə ənənəvi XI Beynəlxalq Türk dili Olimpiadası keçiriləcək. Gün.Az   xəbər verir ki, Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil edəcək iştirakçılar müəyyənləşib. Müxtəlif kateqoriyalar, o cümlədən mahnı və şeir üzrə keçirilən olimpiadanın Azərbaycan final mərhələsində ayrı-ayrı təhsil müəssisələrinin, orta təhsil məktəbləri və Çağ Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin şagirdləri mübarizə aparıblar. Ölkə olimpiadasının finalı qiraət, inşa, mahnı, dialektika, şeir, səs, oxuma, mədəni irs, təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları (rəqs), yaradıcı inşa müsabiqəsi (universitet tələbələri arasında) olmaqla 13 kateqoriya üzrə keçirilib. Qaliblər Türkiyədə yay tətili və Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil etmək imkanı qazanıb. Qeyd edək ki, ötən il X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan cəmi 25 medal olmaql

Azərbaycanda Türkçe olimpiadaları coşğusu

Resim
Azərbaycanın paytaxtı Bakıda təşkil edilən 11. Uluslararası Türkçe Olimpiyatları ölkə finalı, rəngli görünüşlərə səhnə oldu. Ölkə seçmələrində finala çıxmağa haqq qazanan tələbələr; qrammatika, yazmaq, danışmaq, ana dildə şeir, ana dildə yazı, şeir oxuma və mahnı oxuma kateqoriyalarında bir-birləriylə var gücü ilə yarışdı. Yerli paltarlarla tamaşaçıların önünə çıxan şagirdlər, sərgilədikləri səhnə performansları ilə salonu sanki coşdurdu. Proqrama Türkiyədən; aralarında müğənnisi Burak Kut, Kral FM"in məşhur serverlərindən Mehmet Akbay (Planet Mehmet) kimi tanınmış simaların da olduğu təhsil, siyasət, sənət və iş dünyasından çox sayda qonaq iştirak etdi. Yarışmanın sonunda finala qalan şagirdlər böyük xoşbəxtlik yaşadı. Bütün kateqoriyalarda dərəcəyə girən şagirdlərə müxtəlif hədiyyələr və medallar verildi. Azərbaycan Türk Məktəbləri baş direktoru Məsud Hiyləgər 'universal sülhə doğru' şüarıyla reallaşdırılan 11. Beynəlxalq Dil və Mədəniyyət Şöleni'nin f

Apreldə “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçiriləcək

Resim
26-27 aprel tarixində Qafqaz Universitetində "Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı" keçiriləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş konfransın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, konfransın mövzularına informasiya və kommunikasiya texnologiyaları, mexanika mühəndisliyi, maliyyə, iqtisadiyyat, idarəetmə, dövlət və bələdiyyə idarəetməsi, sənayenin təşkili və idarə olunması, mühasibat uçotu və audit, tarix və siyasi elmlər, dəqiq və təbiət elmləri, bey

Yeni Fikir Müsabiqəsi

Resim
14.03.2013  |    Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikasi, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. Əqli Mülkiyyət bəyanatı Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur. Yeni fikir müsabiqəsinin təşkilatçıları: QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı) İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi) Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi Azərbaycan İEEE Kompyuter şöbəsi Niyə iştirak edək?(faydaları/mükafatlar) Münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il

Gəlib el bayramı, Novruz bayramı

Resim
Bahar mehribanlıq, gözəllik, bolluq, məhəbbət rəmzidir. Novruz Bayramı xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Qafqaz Universitetinin foyesində  Mədəniyyət şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə düzənlənən Bayram tədbirində bu zənginlik bir daha göz önündə canlandırıldı. Tədbir iştirakçılarını salamlayan universitetin rektoru prof.dr. Ahmet Saniç təbiətin oyanışından, baharın gəlişindən xəbər verən Novruzun qədim kökləri barədə danışaraq sülhü, Novruz bayramının həmrəyliyi əks etdirdiyini,  heç bir coğrafi sərhəd tanımadığını Azərbaycandan tutmuş Türkiyəyə, Tatarıstandan, Başqırdıstandan başlamış Orta Asiyaya, Pakistandan, Əfqanıstandan, İrandan tutmuş Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd olunduğunu bildirdi. Novruz adət-ənənələri səhnələşdirildi, musiqi nömrələri səsləndi, Keçəlin, Kosanın, Şən və Hazırcavablar Klubunun məzəli zarafatları tamaşaçılara yüksək əhvali-

Qafqaz Universiteti Novruz şənliyi keçirilib

Resim
Qafqaz Universitetinin mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib. 525.az-ın məlumatına görə, tədbirdə çıxış edən Qafqaz Universitetinin  rektoru  professor Ahmet Sanic, Novruz bayramının dərin  tarixiə malik olan  təkcə  təkamül rəmzi deyil, həmdə təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir . Novruz bayramında şiriniyyat növləri (qoğal,külçə,paxlava,şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,  tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.Novruz bayramı münasibəti ilə AZER.NET şir

İş dünyası bülletenin son (42-ci sayı) işıq üzü gördü

Resim
İş Dünyası xəbər bülleteni Qafqaz Universitetinin dövri nəşridir. Bülleten Universitet İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluq nəzdindəki Daimi İnkişaf və Karyera Planlama Mərkəzləri tərəfindən hazırlanır. Universitet-İş Dünyası əlaqələrinə həsr olunmuş bülletendə Qafqaz Universitetinin İş dünyası ilə əlaqələrindəki yeniliklər və xəbərlərlə tanış ola bilərsiniz. Daimi inkişaf yolu səhifələrində karyera və biznes münasibətlərində necə nailiyyət əldə olunması mövzularında bir-birindən maraqlı məqalələr çap olunur. Bülletendə həmçinin Daimi İnkişaf Mərkəzinin  təşkil etdiyi seminarlar və kurslar barəsində daima məlumat verilir.  İş dünyası xəbər bülletenini aşağıdakı linkdən endirə bilərsiniz. http://qu.edu.az/library.php?&action[book_view]=234 

Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib.

Resim
Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic, Novruz Bayramının dərin tarixiə malik olan təkcə təkamül rəmzi deyil, həm də təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz Bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir. Novruz Bayramında şirniyyat növləri (qoğal, külçə, paxlava, şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Novruz Bayramı münasibətilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompüter

Qafqaz Universitetində Novruz şənliyi keçirildi

Resim
Qafqaz Universitetinin Mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirildi.  Tədbirdə çıxış edən Qafqaz Universitetinin  rektoru  professor Ahmet Saniç, Novruz bayramının   dərin  tarixə malik olan  təkcə  təkamül rəmzi deyil, həm də təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, paxlava, şəkərbura və sair), plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,  tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.  Novruz bayramı münasibəti ilə AZER.NET şirkəti Qafqaz Unive

"Azərbaycan qadını və cəmiyyət" mövzusunda konfrans

Resim
Martın 4-də Qafqaz Universitetində 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadını və cəmiyyət" mövzusunda respublika konfransı keçirildi. Öncə Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Konfransı Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq xanım iştirakçıları, onların timsalında ölkəmizin bütün qadınlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi, ulu tariximizin həmişə qadınlarımızla qürur duyduğunu bildirdi. Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd etdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınlara, onların cəmiyyətin həyatında fəal iştirakına diqqət daha da artmışdır. Bu məsələni həmişə diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev 90-cı illərin ortalarında ölkəmizdə qadın siyasəti ilə bağlı bir sıra fərman və sərəncam imzalamış, qadın problemləri ilə məşğ

Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən...

Resim
Mart ayının 13- də Qafqaz Universiteti  Mədəniyyət şöbəsi Sənət Mərkəzi Art Clubunun sərgisi keçirildi. Tələbələrdən Nuridə Nəcəfova və Elnarə Rzayeva rənglərin ahəngini istifadəsiz kompyuterlərin klaviaturasına köçürdülər.  Könül Mikayılova, Tünzalə Fərhadova, Ülviyyə Məmmədova, Rufanə Məmmədli, Vəfa Qurbanova rəngarəng iplərlə müxtəlif füqurlar düzəldib sərgilədilər. Sona Seyidli qurudulmuş güllərdən, toxum və tumlardan tablo, Vüsalə  Əliyeva isə kartonla quzu şəklində kitab rəfi nümayiş etdirdi. Bununla da onlar təbiətdə, həyatımızda olan lazımlı və lazımsız əşyalarla maraqlı, istifadəyə yararlı şeylər hazırlaya biləcəklərini nümayiş etdirdilər. Mədəniyyət şöbə müdirliyi

Məzunlarımızın Mərdəkan 3 saylı uşaq evinə ziyarəti

Resim
13 March, 2013,  Beynəlxalq İqtisadi Münasibətlər bölümü məzunlarının təşəbbüsü ilə 9.03.2013 tarixində Mərdəkan 3 saylı uşaq evinə ziyarət təşkil edildi. Uşaq evi sakinləri ilə təxminən 4 saata yaxın vaxt kecirən məzunlarımız  əvvəlcə gətirdikləri 150 ədəd iç geyim dəstini  və qida yardımını Uşaq evi müəllimələrinin yardımı ilə onlara təqdim etdilər. Burda yaşayan uşaqların bir cox fiziki və əqli problemləri olduğu üçün xüsusi baxıma ehtiyacları var. Onların qidalanmasında şəxsən iştirak edən məzunlarımız duyqulu anlar yaşadılar. Uşaq evinə dəvət olunan sənətçilərlə bərabər məzunlarımız uşaqları  cox gözəl  əyləndirdilər. Bayram ərəfəsində Məzunlarımızın etdikləri bu ziyarət həqiqətən təqdirə layiqdir.

Qafqaz University execs review Turkish technoparks

Resim
0 By Aynur Jafarova A delegation of Qafqaz University, a private university based in Azerbaijan's capital Baku, is on a visit to Turkey to familiarize itself with the technopark of Istanbul Technical University (ITU) -- ARI Teknokent. The delegation includes Qafqaz University

Qafqaz Universitetinin nümayəndələri Bolluq LTD MMC-nin rəhbərliyi ilə görüşdü

Resim
14 March, 2013,  Qafqaz Universitetinin nümayəndələri Bolluq LTD MMC-nin rəhbərliyi ilə görüşdü. Görüşdə şirkət əməkdaşlarına Universitet haqqında məlumat verdikdən sonra qarşılıqlı əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edildi. Yaxın gələcəkdə Universitet mütəxəssisləri ilə şirkət arasında birlikdə işbirliyi haqqında yekun fikirlər səsləndi.  Qeyd edək ki, Bolluq LTD MMC şirkəti Azərbaycanda bir sıra xarici məhsulların rəsmi distributoru və istehsalat fəaliyyəti ilə məşğul olan şirkətlərdən biridir.

“Qafqaz” Türkiyədəki texnoparkların təcrübəsini öyrənir

Resim
12 March, 2013, Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniçin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərdə məqsəd Türkiyə Cümhuriyyətində fəaliyyət göstərn texnoparkların fəaliyyəti ilə tanış olmaqdır.   Səfərin ilk günü onlar nümayəndə heyətimiz Orta Doğu Texniki Universitetində (ODTU) olub. Burada keçirilən görüşdə Ahmet Saniç bildirib ki, Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) da bu təhsil ocağının təcrübəsindən faydalanır. Rektor gələcəkdə də bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını dilə gətirib. O, ODTU rektoru prof. Ahmet Acarı Qafqaz Universitetinə də dəvət edib. ODTU-nun rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirib.  İstanbul Texnik Universitetinin  (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanışlıq da maraqlı keçib. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti i

Məzunlarımız Universitetimizi ziyarət etdi

Resim
11 March, 2013,  Komputer Mühəndisliyi Məzunlarından bir qrup məzun Qafqaz Universitetini ziyarət etdi. Məzun Koordinasiya Şöbəsi tərəfindən qarşılanan məzunlarımız prorektor və müəllim heyəti ilə birgə Universitetimizin yeni açılan labaratoriyalarını gəzdilər, yeniliklər və dəyişikliklərlə tanış oldular. Bunun ardından VİP salonda şam yeməyi verildi. Orada məzunlar iş yerləri, uğurları barədə danışdılar. Prorektor Cihan Bulut Universitetimizin Texnoparkı haqqında məlumat verdi. Məzunlarımıza bu işdə də dəstək dura biləcəklərini söylədilər. Məzunlarımız ayrılan bu vaxta və diqqətə görə Universitetimizə və Məzun Koordinasiya şöbəsinə təşəkkür etdilər. Universitetdə gedən yeniliklərdən, dəyişikliklərdən, universitetin uğurlarından qürur duyduqlarını söylədilər. Məzunlarımızla xatirə şəkili çəkdirərək xoş təəssüratlarla ayrıldıq.

Qafqaz Universitetinin nümayəndələri İstanbul Texniki Universitetinin texnoparkı ilə tanış olmuşlar

Resim
Bakı, 11 mart (AzərTAc). Türkiyədə səfərdə olan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçin rəhbərliyi ilə nümayəndə heyəti İstanbul Texniki Universitetində (İTU) olmuşdur. Səfərin məqsədi Qafqaz Universitetinin texnoparkında inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstərən texnoparkların işi ilə yaxından tanış olmaqdır. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan təmsilçiləri əvvəlcə İTU-nun rektoru, professor Əhməd Karaca ilə görüşmüşlər. Sonra nümayəndə heyəti İTU-nun texnoparkı ilə tanış olmuş, texnoparkın rəhbəri Nazire Pekerin müşayiəti ilə müşahidələr aparmışlar. Türkiyədə fəaliyyət göstərən 40-dan artıq texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU-nun texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, texnoparkın bu və ya digə

İİBF məzunlarıyla görüş

Resim
11 March, 2013, Qafqaz Universitetinin ilk dönəm məzunlarından ibarət 5 nəfərlik bir qrup Universitetimizi ziyarət etdi. Görüşə Universitetimizin rektoru Ahmet bəy də qatıldı. Məzunlarımıza axşam yeməyi verildi, xeyli söhbət edildi.Rektorumuz Universitetdə baş verən yeniliklərdən danışdı. Məzunlarımız da öz işlərindən, uğurlarından bəhs etdilər. Sonra Universitetin yataqxanasında çay süfrəsinə dəvət edildilər. Orada da Universitetimizdə qurulan Texnopark haqqında söhbət getdi. Texnopark haqqında ətraflı məlumat verildi. Bunun ardından hər məzuna Universitetin rozeti təqdim edildi. Məzunlarımızla xatirə şəkili çəkdirdikdən sonra xoş təəssüratlarla ayrıldıq. Məzunlarımıza dərin təşəkkürlərimizi bildirir və işlərində uğurlar arzulayırıq.

Qafqaz Universiteti Türkiyədə texnoparkların fəaliyyəti ilə tanış olur

Resim
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər "QUTECHNOPARK"-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, səfər zamanı ilk görüş Ortadoğu Teknik Universitetinin (ODTU) rektoru ilə keçirilib. Görüş zamanı Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirib. Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib. ODTU rektoru professor Ahmet Acar ə

Yeni Fikir Müsabiqəsində (YFM) iştirak etmək istəyənlər konsultasiyalarda iştirak edə bilərlər.

QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı) ELAN edir Yeni Fikir Müsabiqəsində (YFM) iştirak etmək istəyənlər aşağıda verilmiş tarixlərdə  keçiriləcək konsultasiyalarda iştirak edə bilərlər. 12 Mart 2013 Saat 11.00-12.00 13 Mart 2013 Saat 11.00-12.00 14 Mart 2013 Saat 11.00-12.00 15 Mart 2013 Saat 11.00-12.00 16 Mart 2013 Saat 12.00-13.00 Konsultasiyaların keçiriləcəyi ünvan: Qafqaz Universiteti şəhərciyi, QUTECHNOPARK İnkubasiya Mərkəzi   Konsultasiyada layihələrin yazılması, online qeydiyyat,  ümumi məlumatlandırma və s. kimi YFM haqqında qarşıya çıxan bütün sulallara cavab veriləcəkdir. İştirak etmək istətəyənlər əvvəlcədən bizə müraciət  edərək (e-mail göndərərək və ya zəng edərək) ad və soyadını bildirməlidir. www.yenifikir.az   -- Hörmətlə, Dos. Isa Qasımov   Qafqaz Universiteti Texnopark müdiri Telefon: +994 (12) 4482862/66 Faks: +994 (12) 4482861/67 Mobil: +994 050 6808445, +994 055 7680245 E-Poçt:  iqas

Qafqaz Universiteti ilə Türkiyənin Orta Doğu Texniki Universiteti arasında əlaqələr genişlənir

Resim
Bakı, 11 mart (AzərTAc). Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) olmuşdur. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali təhsil ocağının texnoparkında (QUTECHNOPARK) fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə birgə həyata keçirilən səfərin məqsədi Türkiyədə texnoparkların fəaliyyəti ilə tanışlıqdır. Nümayəndə heyətinin ilk görüşü martın 6-da Orta Doğu Texniki Universitetində (ODTU) olmuşdur. Görüşdə Ə.Saniç rəhbərlik universitetin texnoparkının fəaliyyətində ODTU-nun təcrübəsindən yararlandığını bildirmişdir. Bu işdə ODTU-nun yardımına görə təşəkkür edən rektor Ə.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu ifadə etmişdir. ODTU-nun rektoru, professor Əhməd Acar da münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirmiş və informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələrinin ola

Qafqaz Universitetinin nümayəndələri Türkiyədə

Resim
Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış olub “Qafqazinfo” xəbər verir ki, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr aparıblar. Türkiyədə fəaliyyət göstrərən 40-dan çox texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi- tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, Texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir. Türkiyədə mühə

Qafqaz Univerisitetinin nümayəndə heyəti İTU ARI Texnoparkı ilə tanış oldu

Resim
  Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin  (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış oldular. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr apardılar. Türkiyədə fəaliyyət göstrərən 40-dan çox texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi- tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar  olduqca maraqlı idi. Bunlarla yanaşı, Texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir. Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti

QUTECHNOPARK ODTU Texnoparkının təcrübəsinə əhəmiyyət verir.

Resim
Qafqaz Universiteti rektoru prof. Ahmet Saniçin rəhbərliyində nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfər məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər QUTECHNOPARK-da   (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir. Səfər zamanı ilk görüş Mart ayının 6-da ODTU-nin rektoru ilə başladı. Görüş zamanı Qafqaz Universiteti rektoru prof.Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirdi. Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə etdi. ODTU rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirdi və daha çox İnformasiya Texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışdı. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və ODTU rekt