“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Şəki Finalı


Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Şəki rayon finalı  keçirilib. Müsabiqədə Şəki şəhər Təhsil Şöbəsinin müdiri Südabər xanım İsmayılova, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, Azərbaycan  Müəllimlər İnstitutu Şəki filialının müəllimi,  görkəmli şair Vaqif Aslan, Şəhər musiqi və orta ümumtəhsil  məktəblərinin rəhbərləri iştirak ediriblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlaıb. Sonra tədbirin aparıcısı Elmir İsgəndərov müsabiqənin tarixçəsi və mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonra Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri İsmail Özcan çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Şagirdlərin Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan həmin müsabiqədə Şəkidə fəaliyyət göstərən musiqi və orta ümumtəhsil  məktəblərindən şagirdlər cəlb edilib. 7, 8, 9,10, 11-ci sinif şagirdləri müsabiqənin şeir və mahnı; 9,10 və 11-ci sinif şagirdləri isə qrammatika və inşa kateqoriyası üzrə bilik və bacarıqlarını sınayıblar. 
Müsabiqədə inşa yazı kateqoriyası üzrə Şəki şəhəri 18 saylı məktəbin 10-cu sinif şagirdi Şəlalə Salamova, qrammatika üzrə test üsulu ilə keçirilən müsabiqədə Şəki şəhəri 18 saylı orta məktəbin 10-cu sinif şagirdi Nərmin Abdullayeva, mahnı kateqoriyası üzrə Şəki şəhəri 11 saylı orta məktəbin 8-ci sinif şagirdi Rəhimə Əzimova, internet səhifəsi hazırlama kateqoriyası üzrə Şəki şəhəri 18 saylı orta məktəbin 10-cu sinif şagirdi Rövşən Kamallı, şeir kateqoriyası üzrə isə Şəki şəhəri 18 saylı orta məktəbin 10-cu sinif  şagirdi Gültac Məmmədəminzadə birinci yerə layiq görülüblər.  
    Tədbirin sonunda münsiflər heyətinin üzvlərinə və məktəblilərə xatirə hədiyyələri təqdim olunub.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF