Kayıtlar

cag educational etiketine sahip yayınlar gösteriliyor

“Müasir Azərbaycan təhsili və Çağ Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib-FOTOSESSİYA

Resim
Səhiyyə / Təhsil Bu gün Qafqaz Universitetində “Müasir Azərbaycan təhsili və Çağ Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans Təhsil Nazirliyinin, Çağ Öyrətim İşlətmələr Şirkəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Çağ Öyrətim Şirkətinin qurulumasının 20 iliyinə həsr olunan konfransda təhsil naziri Misir Mərdanov, ali təhsil müəssisələrinin rəhbərləri, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və millət vəkilləri iştirak edib. Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, 1993-cü ildə yaradılan təhsil ocağı hazırda 52 fakultə ilə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, universitetin əsas məsələlərindən biri azərbaycançılıq səviyyəsinin yüksəldilməsi, bu amilin daha da yetişdirilməsindən ibarətdir. Rektor bildirib ki, bu universiteti bitirənlər gələcəkdə Azərbaycanı xarici diasporun üzvləri olaraq təmsil edir. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın s...

Bizə “can kardeş” deyilən məmləkətdə il dəyərində beş gün

Resim
    25 June 2011, Saturday / ALLAHVERDİ CƏFƏROV Türkiyə növbəti - IX dəfə Beynəlxalq Türk Dili Olimpiadasına ev sahibliyi edir. İyun ayının 30-dək davam edəcək Türk Dili Olimpiadasında iştirak etmək üçün dünyanın 130 ölkəsindən minə yaxın məktəbli qardaş ölkəyə təşrif gətirib.    Onlar mahnı, şeir, rəqs kimi 20 müxtəlif kateqoriyada öz qabiliyyətlərini nümayiş etdirirlər. Bu olimpiadanın keçirilməsi təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda dünyanın dörd bir yanında yaşayan insanlar arasında sülhin, dostluğun və sevginin artırılmasına xidmət edir. Təsadüfi deyil ki, Yunus Əmrənin məşhur “Gəlin tanış olaq” ifadəsi builki olimpiadaya şüar olaraq seçilib. Bir məlumatı da qeyd edim ki, olduqca yüksək səviyyədə təşkil olunan IX Beynəlxalq Türk Dili Olimpiadasının Türkiyədə keçirilən final mərhələsində iştirak edə bilmək üçün fərqli dinlərə və irqlərə məxsus 15 minə yaxı...

“Araz” hazırlıq kursları tanıtım filmi 2011

Türk dili Olimpiadasının Azərbaycan finalının qailbləri mükafatlandırıldı

Resim
Martın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ənənəvi IX Beynəlxalq Türk dili Olimpiadasının şeir və mahnı kateqoriyası üzrə Azərbaycan finalının mükafatlandırma mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Cümhuriyyətinin İstiqlal marşının səsləndirilməsi ilə başlayıb.     Sonra mərasimdə iştirak edən Təşkilat Komitəsinin Sədri, Azərbaycan- Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək bu ilə qədər müsabiqələrdə 15 qızıl, 29 gümüş və 13 bürünc medal əldə olunmasından  danışıb. A. Gömleksiz bildirib ki, Türk dili əsrlərin sınağından uğurla keçərək bu gün bizlərə gəlib çatıb. Ötən bu illər əzində çox maneələrlə üz-üzə gəlib. Lakin, hər dəfə də daha da güclənib. Dünya ədəbiyyatına Nizamilər, Füzulilər, Yunus Əmrələr, Mehmet Akiflər, Əlişir Nəvailər, Yahya Kamallar, Yusuf  Has Haciplər k...

Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib

Resim
“Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib Fevralın 23-də „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib.Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. Ədəbi-bədii gecədə gimnaziyanın şagirdləri Xalq Şairləri Bəxtiyar Vahabzadənin “Ana dili”, Zəlimxan Yaqubun “Bax, bu yaşamaqdı, bax bu həyatdı”, Hidayət Orucovun “Yol gedirəm” və Tofiq Bayramın “Ana dilim” şeirlərini söyləyiblər. Bunla bərabər məktəblilər ədəbiyyatımızın dahilərindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən anasının Leyliyə nəsihəti, Mirzə Ələkbər Sabirin “Ağacların bəhsi”, Əbdülrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan”, Süleyman Sani Axundovun “Qaraca qız”, Cəlil Məmmədquluzadənin “Ölülər”, İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan”, Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan həkimi- nəbatat və dərviş Məstəli şah cadukunu-məşhur”, Cəfər Cabbarlının “Oqtay Eloğlu” və s. əsərlərdən ibarət səhnəciklər göstərilib. Təd...

Cəlilabad Rayon Təhsil şöbəsində görüş

Resim
Fevralın 18-də Cəlilabad Rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifecini və Lənkəran “Araz” kursunun müdiri Musa Şükürovu qəbul edib. Səmimi şəraitdə keçən qəbulda M. Kadifeci və M. Şükürov, Ədalət Əsgərova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti, təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və bu ili də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər. Cəlilabad Rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov Lənkəran Özəl Türk Liseyinin və Lənkəran “Araz” kursunun bölgədə tanınmış, nüfuzlu təhsil ocaqlarından biri olduğunu bildirib. Onların fəaliyyətin...

“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Resim
Fevarlın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Çağ” Öyrətim İşlərmələrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə  21 fevral -Beynəlxalq Ana Dili Gününə həsr edilən “Dilimiz varlığımızdır” adlı  “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin VIII ənənəvi respublika müsabiqəsinin yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb. Sonra mərasimdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Elmar Qasımov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. E. Qasımov bildirib ki, ana dili ilə əlaqədar tədris müəssisələrində çoxsaylı müsabiqələr, yarışlar, olimpiadalar və ş. tədbirlər keçirilir. Sevindirici haldır ki,şagirdlərimiz belə müsabiqələrdə fəal iştirak edirlər. “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi ana dilimizi tə...

“Əminəm ki lisey öz uğurlarını qoruyub saxlayacaq”

Resim
Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Ağdaş Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Niftəliyevlə görüşüb. Səmimi şəraitdə keçən görüdə AÖTL-nin müdiri R. Tomay rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətə başladığı dövrdə əldə etdiyi nailiyyətlərdən, şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qazandıqları uğurlardan, ali məktəblərə qəbulla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  keçirdiyi imtahanlarda yüksək nəticələr göstərmələrindən eləcədə dünyanın bir çox tanınmış universitetlərində təhsillərini uğurla davam etmələrindən danışıb. Ağdaş İHB-sı Rafiq Niftəliyev liseyin əldə etdiyi uğurlardan məmnun olduğunu bildirərək deyib ki, “mən inanıram, bu liseyin uğurları sizin rəhbərlik etdiyiniz dövrdə də əvvəlki ənənələrini qoruyub saxlayaraq daha yüksək nailiyyətlər  əldə edəcək”.   www.cag.edu.az  

ÇAĞ'dan Haberler Yeni Sayısı Çıktı:24-2010

ÇAĞ'dan Haberler

Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi

Qəzetimizin ötən sayında “Qafqaz” Universitetində Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin birgə keçirdiyi tədbir barəsində qısaca məlumat vermişdik. Qeyd edək ki, hər il bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti yeni dərs ilinin əvvəlində “Təhsilimizin ulduzları” adlı hesabat mərasimi keçirir. Mərasimdə ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin tələbə adını qazanmış məzunları ilə, həmçinin beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş, bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər qiymətləndirilir. Bu dəfə də “Qafqaz” Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi” adlı təqdimetmə mərasimi keçirildi. Ümummilli lider və şirkətin fəxri baş müəllimi Heydər Əliyevin və Türkiyə Cümhu...

ürkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin yeni təyin olunmuş mətbuat müşaviri Habib Kayan ile “Çağ” Öyrətim İşlətmələrində görüş

Resim
“Çağ” Öyrətim İşlətmələrində görüş Oktyabrın 26-da “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin yeni təyin olunmuş mətbuat müşaviri Habib Kayanı və “Zaman” qəzetinin Baş direktoru Süleyman Ünalı qəbul ediblər. Səmimi şəraitdə keçən görüşdə E. Özeren və A. Gömleksiz səfirliyin yeni təyin olunmuş mətbuat müşaviri H. Kayanı təbrik etdilər, ona gələcək, olduqca məsuliyyətli işlərində uğurlar dilədilər.       Sonra yeni təyin olunmuş mətbuat müşaviri H. Kaya və “Zaman” qəzetinin Baş direktoru S. Ünal, Bakı Özəl Türk Liseyini gəzərək liseyin tədris şəraiti və bir qrup müəllim heyəti ilə tanış olublar. Qonaqlar liseyin müəllim və şagirdləri üçün hazırlanmış şəraitdən razılıqlarını bildiriblər və Bakı ÖTL-nin kol...

Tahsilimizin Ulduzlari Programi

Tahsilimizin Ulduzlari Programi Uploaded by qafqazlife . - Up-to-the minute news videos.

Misir Merdanov: “Çağ” Azerbaycan tehsiline çox töhfeler verib”

Resim
“Çağ” Öyretim İşletmelerinin tehsil ocaqları 2009-2010-cu tedris ilinde de yenilikleri, uğurları ile ferqlenib   “Çağ” Öyretim İşletmelerinin tehsil ocaqları 2009-2010-cu tedris ilinde de yenilikleri, uğurları ile ferqlenib. Bu şirketin nezdinde fealiyyet gösteren tehsil müessiselerinin (10 lisey, 1 gimnaziya, 1 ibtidai mekteb, 12 ali tehsile hazırlıq kursu ve 1 universitet) mezunları bu il ali mekteblere yüksek balla qebul olunmaqla yanaşı, ölkemizi dünyanın müxtelif ölkelerinde keçirilen beynelxalq fenn olimpiadalarında layiqince temsil edibler. Xatırladaq ki, bu il hemin tehsil müessiselerini bitirmiş genclerden 224 neferi ali mekteblere qebul imtahanlarında 600-den yuxarı, 5 neferi ise 700 bal toplayıb (700 bal toplayan 7 neferden 4-ü “Qafqaz”da tehsillerini davam etdirirler). Onlardan 29 neferi Prezident teqaüdüne layiq görülüb. 2009-2010-cu tedris ilinde “Çağ”ın şagirdleri beynelxalq bilik yarışlarından respublikamıza 70 medal (12 qızıl, 20 gümüş ve 38 bürünc) getiribler...