Qafqaz Universitetində 20 Yanvar faciəsi anıldı
Dünən Qafqaz Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə
bağlı anım mərasimi keçirilib. Universitetin elmi işlər üzrə prorektoru,
professor Niftalı Qocayev həmin hadisələrin canlı şahidi olduğunu
söyləyib. O, 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq
salnaməsi olduğunu söyləyib.
1990-cı ilin yanvarında baş verən faciədən danışan prorektor bildirib ki, bu qətliam zamanı Azərbaycan 131 şəhid verib. Bu şəhidlər ölkəmizin müstəqilliyi uğrunda həlak olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb. Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraq H.Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 1990-cı il yanvarın 21-də Qorbaçov və onun komandasının atdığı bu addımları kəskin tənqid edib. Ümummilli lider Heydər Əliyevin bu müraciəti o zaman dünyanın aparıcı KİV orqanlarında geniş işıqlandırılıb. Beləliklə də beynəlxalq ictimaiyyət Azərbaycanda sovet ordusunun həyata keçirdiyi qanlı qırğın barədə məlumatlandırılıb.
Professor onu da bildirib ki, sovet ordusunun 20 Yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuz alınıb. Müstəqilliyə aparan yola böyük iradə nümayiş etdirən Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşib. Sonda istədiyinə nail olub. Daha sonra tədbir universitetin Dram Dərnəyi tərəfindən hazırlanan "Şəhidlər ölməz, vətən bölünməz" adlı ədəbi bədii hissə ilə davam etdirilib.

Bəhruz