Mingəçevir Türk Liseyində X Beynəlxalq Türk Dili Olimpiadasının bölgə üzrə mahnı və şeir müsabiqəsinin final mərhələsi keçirilib.
Həyəcanla izlənilən yarışmada Mingəçevir
məktəbliləri daha fəal olublar. Mingəçevir Şəhər Təbiət Riyaziyyat və
Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi Leyla Xudadanova şeir,
Mingəçevir Şəhər Texniki Liseyinin şagirdi Əsmayə Kərimli mahnı
nominasiyalarında fərqləniblər.
Tədbirin sonunda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının
birinci müavini İlham İsmayılov yarışda fərqlənənləri mükafatlandırmaqla
yanaşı, belə tədbirlərin əhəmiyyətindən də söz açıb. Tədbirdə “Çağ”
Öyrətim Şirkətinin Baş İdarə rəisinin müavini Murat Topçu və Mingəçevir
Türk liseyinin müdiri Elxan Əliyev də çıxış ediblər.
Qeyd edək ki, şeir və mahnı kateqoriyaları üzrə fərqlənən şagirdlər respublika final mərhələsində iştirak edəcəklər.
