Kayıtlar

Kasım, 2007 tarihine ait yayınlar gösteriliyor

Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Hüseyin Avni Karslıoğlu Qafqaz Universitetinin qonağı olmuşdur

Resim
Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Hüseyin Avni Karslıoğlu 29.11.2007-ci il (perşembe) Universitetin qonağı olmuşdur. Rəsmi qonak ziyarəti sırasında saat 11:30-12:30 arasında Universitetin professor-müəllim heyəti ilə görüşərək “Türk xarici siyasətində aktual məsələlər” mövzusunda maraqlı söhbət aparmışdır.

T.C Devlet Bakanı Qafqaz Üniversitesini Ziyaret Etti

T.C Devlet Bakanı M.Said Yazıcıoğlu Qafqaz Üniversitesini Ziyaret Etti

"Qafqaz Şahinləri " Respublika birincisi olmuşdur

Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuş «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilimişdir. Olimpiadanın I mərhələsi 11.11.2007-ci il tarixdə, final mərhələsi isə 18.11.2007-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçirilmişdir. Olimpiadada aşağıdakı üniversitetilərdən 24 komanda iştirak etmişdir. Qafqaz Universiteti Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Texniki Universitet Bakı Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti Naxcivan Dovlet Universiteti Gəncə Dövlət Universiteti 24 komandanın (hər komandada 3 tələbə) iştirak etdiyi olimpiadanın birinci mərhələsində 12 komanda finala vəsiqə qazanmışdır. Bu müsabiqədə Qafqaz Universiteti 4 komanda ilə təmsi

Bugünde Akşam Oldu

Qafqaz Üniversitesinde bir akşam daha oluyor. Güneş Ceyranbatan gölünün üzerinden dağlara yayılmış altın sarısı saçaklarını toplayarak yayaş yavaş çekiliyor. Qafqaz'dan bu güzelliğe bakma imkanı olanlar biraz sonra ayrı bir manzarayı seyretme fırsatı buluyorlar. Günün karmakarışık telaşından sonra iş bitiminden başlayarak huzura kavuşan gecenin dinginliği ve Hırdalan'ın evlerinden süzülen ışıkların üzerinde tepelerin koyu karanlığını aydınlatan Ayışığının Sonsuz'dan haber verircesine latif görüntüsü insanı rahatlatıyor.

İki ülkenin önemli bağı - Video

Resim
Türk girişimcileri tarafından Azerbeycan'da kurulan Kafkas Üniversitesi başarısıyla herkesin takdirini kazanıyor.Yeni eğitim binasının temelini Cumhurbaşkanı Abdullah Gül'ün attığı üniversite Azerbaycan ile Türkiye arasındaki kardeşlik ve kültürel bağları güçlendiriyor. Video Linki: http://www.samanyoluhaber.com/haber-78727.html

Qafqaz Üniversitesi Kampüs Planı

Resim
Giriş Umumi Görünüş Genel Yerleşim Amfi Tiyatro

Abdullah Gül: "Qafqaz Universiteti Türkiyə və Azərbaycan qardaşlığının ən parlaq rəmzidir"

Resim
Noyabr ayının 7-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetinin yeni korpusunun təməlatma mərasimində iştirak edib. Təməlatma mərasimində Abdullah Güllə yanaşı, onun xanımı Nayrunnisa Gül, Türkiyənin dövlət nazirləri Gürşad Tüzmən, Himet Çubukçu, Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, Xırdalan şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Çağ" Öyrətim MM-nin İdarə Heyətinin sədri Ənvər Özərən, millət vəkilləri və işadamları da iştirak edib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və meto

Cumhurbaşkanı Gül'e, Kafkas Üniversitesi'nde Türk bayraklı coşkulu karşılama

Resim
Cumhurbaşkanı Abdullah Gül, Bakü'de Çağ Öğretim İşletmeleri Şirketi tarafından kurulan Kafkas Üniversitesi'nin yeni eğitim binalarının temelini attı. Gül, yaz aylarında bitirilen binaların da resmi açılışını gerçekleştirdi. Törene, Cumhurbaşkanı Gül'ün eşi Hayrünnisa Gül, Devlet Bakanı Kürşat Tüzmen, Azerbaycan Milli Eğitim Bakanı Mısır Merdanov ve diğer yetkililer katıldı. Gül, Kafkas Üniversitesi kampüsüne gelişinde ellerinde Azerbaycan ve Türk bayraklarıyla yoğun sevgi gösterisinde bulunan öğrenciler tarafından karşılandı. 1993 yılında hizmete giren Kafkas Üniversitesi'nde 2 bin öğrenci eğitim görüyor. Ülkenin kampüse sahip tek üniversitesi olma özelliğini de taşıyan Kafkas Üniversitesi'nde öğrencilerin barınması için de yurtlar bulunuyor. ARAMIZDAKİ İŞBİRLİĞİNİN EN İYİ ÖRNEĞİ Cumhurbaşkanı Abdullah Gül, törende yaptığı konuşmada, Kafkas Üniversitesi'nin, Türkiye ve Azerbaycan arasındaki işbirliğinin en iyi simgelerinden biri olduğunu vurguladı. Gül, "S

“Qafqaz” universiteti Azərbaycan və Türkiyə arasında ən sağlam körpüdür.

Resim
“Biz bir millət, iki dövlətik”. Heydər Əliyev Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Heydər Əliyev “Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir”. Mustafa Kamal Atatürk

Türkiyə prezidenti Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib

Resim
Azərbaycanda ilk rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül bu gün Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib. APA -nın xəbərinə görə, tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib ki, bu ali təhsil müəssisəsində hüquq, iqtisadi, mühəndis və pedaqogika ixtisasları üzrə 2400 tələbə təhsil alır. Azərbaycanın təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində tələbələrə yüksək səviyyəli təhsil verildiyini deyib. Türkiyə prezidenti Abdulla Gül Qafqaz Universitetinə gəlişini “Azərbaycan-Türkiyə münasibətlərinin ən yaxşı simvolu” adlandırıb: “Bizim əlaqələrimiz təkcə siyasi, iqtisadi və hərbi sahələrdə deyil, həm də təhsil və mədəniyyət sahələrində də inkişaf edir”. A.Gül universitet məzunlarının Azərbaycanın gələcəyində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Daha sonra Qafqaz Universitetinin yeni korpusların təməlqoyma mərasimi keçirilib, Türkiyə prezidenti tədris binasına baxış keçiri

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL “QAFQAZ” UNİVERSİTETİNİN YENİ KORPUSUNUN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Resim
AzərTAc xəbər verir ki, noyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, onun xanımı və dost ölkənin nümayəndə heyətinin üzvləri “Qafqaz” Universitetində olmuşlar. Türkiyə Prezidenti bu təhsil müəssisəsinin korpusunun təməlinin qoyulması və əsas tədris korpusunun açılış mərasimində iştirak etmişdir. Milli Məclisin deputatları, bu ali məktəbin professor-müəllim heyəti və tələbələri Türkiyə dövlətinin başçısını və onu müşayiət edən şəxsləri hərarətlə salamladılar. Hər iki ölkənin dövlət himnləri səsləndi. Mərasimdə çıxış edən “Qafqaz” Universitetinin rektoru, professor Əhməd Saniç, Türkiyənin “Çağ öyrətim işlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycanın təhsil naziri Misir Mərdanov iki qardaş ölkənin təhsil sahəsində səmərəli əməkdaşlığının son dərəcədə yüksək səviyyədə olduğunu vurğuladılar. Bildirildi ki, türk liseylərində təhsil alan şagirdlər beynəlxalq fənn olimpiadalarında Azərbaycanı uğurla təmsil edirlər. Prezident Abdullah Gül öz çıxışında bu tədris m

Kafkas Üniversitesi, bölgenin Harvard'ı olacak

Resim
Üniversiteye gelişte ellerinde Türkiye ve Azerbaycan bayrakları bulunan öğrencilerin yoğun sevgi gösterisiyle karşılaşan Cumhurbaşkanı, Türk girişimciler tarafından yurtdışında açılan okulların önemine vurgu yaptı. Türk okullarında yetişen gençlerin, bulundukları ülke ile Türkiye arasında sağlam köprüler oluşturacağını kaydeden Gül, "Bu okulları teşvik eden, destekleyen ve emeği geçen herkese teşekkür ediyorum." dedi. Kafkas Üniversitesi'nin, yalnızca Azerbaycan'ın değil bölgenin bilim merkezi olacağını vurgulayan Gül, üniversiteyi gezerek şeref defterini de imzaladı. Çeşitli dallarda alınan madalyalara işaret eden Gül, "Bunlar bir kez daha gösteriyor ki, bu üniversite sadece Azerbaycan'ın değil Kafkas'ın Harvard'ı olacaktır." dedi. Cumhurbaşkanı Abdullah Gül, Azerbaycan'ın başkenti Bakü'de Çağ Öğretim İşletmeleri Şirketi tarafından kurulan Kafkas Üniversitesi'nin yeni eğitim binalarının temelini attı. Gül, yaz aylarında bitirilen bi

Qafqaz Universitetində beynəlxalq konfrans keçirildi

Resim
Dünən Qafqaz Universitetində "Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda ikinci beynəlxalq konfrans keçirilib. Qeyd edək ki, sözügedən konfransın keçirilməsində əsas məqsəd informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar son nailiyyətləri, elm və təhsildə tətbiqi ilə əlaqədar vacib məsələlərin həllini müasir səviyyədə araşdırmaq və müzakirə etməkdir. Konfransda Azərbaycandan 137, Türkiyədən 26, İrandan 6, Qırğızıstandan 3, Moskvadan 1, Ukraynadan isə 1 nəfər nümayəndə iştirak edir. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic vurğulayıb ki, informasiya axınının güclənməsi çoxlu elmi-texniki, sosioloji və siyasi aspektlərdən ibarət mürəkkəb bir proseslə əlaqədardır. Bu prosesi müvəffəqiyyətlə başa vurmaq üçün tələb olunan ehtiyaclardan düzgün istifadə edilməli və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, qloballaşmanın sür

Qafqaz Universitetində Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Resim
Qafqaz Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının 84-cü ildönümu münasibətilə tədbir təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic Türkiyə Cümhuriyyətinin qurulmasından danışaraq deyib ki, türk xalqının milli azadlıq mübarizəsi 1919-cu ildən başlayıb. Müstəqilliyi uğrunda mübarizə aparan türk xalqının başında isə Birinci Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlara rəhbərlik etmiş, Osmanlı ordusunun generalı Mustafa Kamal Atatürk başçılıq edib. Onun sözlərinə görə, Atatürkün ən böyük arzusu milli istiqlaliyyət elan etmək, Qərb modelinə uyğun yeni Türkiyə dövləti yaratmaq idi: "O, bu arzusuna çatmaq üçün xalqı ilə birgə mübarizəyə başlayıb. Generalın çağırışı ilə qadınından, kişisindən asılı olmayaraq hər kəs bir mehmetçik olub milli azadlıq uğrunda mübarizəyə başlayıb. Mustafa Kamal torpağını işğal etməyə gələn düşmənə də dostcasına yanaşıb, hər bir yadellinin qəlbində türkə sevgi yaradıb. Məhz ona görə də çox keç

Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar keçirilib

Resim
Bu günlərdə Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar təşkil edilib. Seminarda çıxış edən "Simurq" Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov deyib ki, Qafqaz Universitetində mütəmadi olaraq müxtəlif mövzulu seminarlar təşkil edilir. Bu seminarlarda tələbələrlə yanaşı yüksək ixtisaslı mütəxəssislər, peşəkarlar da iştirak edir. Onun sözlərinə görə, bu kimi seminarların təşkili orada müzakirə edilən mövzular haqqında tələbələrin daha ətraflı məlumat almasına şərait yaradır: "Budəfəki "Hüquq mədəniyyəti" adlı seminarda əsasən mədəniyyət mövzusu önə çəkilib. Mədəniyyətimizin mövcud durumu, probemləri, inkişafı istiqamətində atılan addımlar bizim əsas müzakirə mövzumuzdur. Məlum məsələdir ki, Azərbaycan mədəniyyəti, mədəni irsi ilə bütün dünyada tanınır. Mədəniyyət xalqı yaşadan ikinci nəfəsdir. Bunu unutmamalıyıq və hər vasitə ilə xalqımızın indiyədək qoruyub saxladığı mədəni irsini daha da inkişaf etdirməliyik. Mədəniyyət geniş an