“Mesenat” pyesi tamaşaya qoyuldu
Qafqaz Universiteti bədii özfəaliyyət kollektivinin üzvləri Abşeron
rayon mədəniyyət evində yazıçı-dramaturq Əli Əmirlinin məşhur milyonçu
və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs
edən “Mesenat” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş
etdiriblər.
Universitetdən verilən məlumata görə, tamaşaya sənətşünaslıq namizədi Zəminə Axundova quruluş verib.
Səhnə əsərində mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı canlandırılıb.
AzərTAc
