Qafqaz Universiteti ilə Türkiyənin Ardahan və Qars Qafqaz universitetləri arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

Bakı, 27 yanvar (AzərTAc). Yanvarın 27-də Mərkəzi Türkiyədə yerləşən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz və Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan Qafqaz Universitetində olmuşlar.
Qafqaz Universitetinin Mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ali məktəbin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmış, böyük şəxsiyyət Mustafa Kamal Atatürk və dünya şöhrətli dövlət xadimi, ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulamışdır. Qafqaz Universiteti barədə məlumat verən professor Ə. Saniç ali məktəbin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırmışdır.
Sonra Qafqaz Universiteti ilə Ardahan və Qars Qafqaz universitetləri arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Memorandum birgə konfrans, seminarların keçirilməsi, elmi tədqiqatların aparılması, tələbə, təcrübə mübadiləsi və digər məsələləri əhatə edir.
Qonaqlar universitetin tədris şəraiti ilə də tanış olmuşlar. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır