Qafqaz Universiteti Mədəniyyət və İdman idarəsinin semestr sonu hesabat iclası
30 yanvar 2012-ci il tarixdə Mədəniyyət və İdman İdarəsinin hesabat iclası keçirildi. İclasda Mədəniyyət
və İdman idarəsinin müdiri Nəcəf Ələsgərov yenicə başa çatmış I tədris
yarımilindəki sosial fəaliyyət haqqında geniş məlumat verdi. O,
Qafqaz Universiteti internet saytının Mədəniyyət hissəsinə aid şöbə və
bölmələrdə olan informasiyalarla əməkdaşları tanış edərək, hər zaman
yenilənən sayta diqqət çəkdi. Sonra Mədəniyyət şöbəsinin müdiri
sənətşünaslıq doktoru Zəminə Axundova, İdman şöbəsinin müdiri İftixar
Məhərrəmov çıxış edərək görülən işlər, uğurlar və problemlər haqqında
danışdılar. Sənət kursları üzrə əməkdaşlar- dr.Arzu Məmmədova və Təranə
Məmmədovaya Rəssamlar İttifaqının üzvülüyünə qəbul edilməsi
münasibətilə hədiyyələr təqdim olundu və gələcək işlərində uğurlar
arzulandı.
Nəcəf
Ələsgərov yeni tədris yarımilində görüləcək işlər və yeni layihələrlə
əməkdaşları məlumatlandırdı. “İlin ən yaxşı işçisi” nominasiyası və
qalibin mükafatı elan edildi. Sonra idarənin əməkdaşları öz
problemləri və təklifləri ilə bağlı çıxışlar etdilər.