Qafqaz Universiteti İSO 9001-2008 keyfiyyət standartları ilə işləyir
27.01.12 Dünən Qafqaz Universitetində “İSO
9001-2008 keyfiyyət standartı və ali təhsilə tətbiqi” mövzusunda dəyirmi
masa keçirildi. Türk Standartları İnstitutunun nümayəndəsi Həsən
Dəmirtaşın da iştirak etdiyi toplantıda İSO 9001-2008 keyfiyyət idarəetmə
sisteminin ali təhsildə keyfiyyətə təminatda rolu, bu sahədə Qafqaz
Universitetinin təcrübəsi ilə bağlı müzakirələr aparılmışdır. Eyni
zamanda, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması,
ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək
hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir
standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali
təhsil sisteminin formalaşdırılması məqsədilə ölkə Prezidenti İlham
Əliyevin təsdiqlədiyi “2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən
danışılmışdır.
0 yorum:
Yorum Gönder