Qafqaz Universitetinin tələbələri arasında sorğu keçirilib
13:42 / 12.01.2012
Bir müddət əvvəl Qafqaz Universitetinin tələbələri arasında sorğu
keçirilib. Sorğu zamanı tələbələrə universitetdə təlim-tədris prosesi,
intizam və ədalət prinsipi, beynəlxalq əlaqələr, xarici dil tədrisi,
sərbəstlik və sairlə bağlı tələbələrə suallar ünvanlanıb. Tələbələr isə
suallara çox maraqlı cavablar veriblər.
Qafqaz Universitetin prorektoru Şahin Durmazın sözlərinə görə, tələbələrin verdiyi cavablar içərisində ən yüksək nisbətdə qeyd edilən xüsusiyyət təhsil keyfiyyəti ilə bağlı olub. Sorğuda əldə edilən 453 dəyərləndirmənin 122-ində bu məsələ xüsusi olaraq qeyd edilib. Ümumi olaraq Təlim-tədris prosesinin keyfiyyəti ilə bağlı verilən cavabları alt başlıqlar şəklində qruplandıra bilərik. Təhsil keyfiyyəti, intizam və ədalət prinsipi, Beynəlxalq əlaqələr, Xarici dil tədrisi, sərbəstlik, rüşvətin olmaması kimi hallar xüsusi ilə qeyd edilib. Tələbələr tərəfindən yüksək kefiyyətli hallar olaraq qeyd edilən istiqamətləri aşağıdakı alt başlıqlar altında qruplandırmaq mümkündür: təhsil keyfiyyəti, müəllimlərin bilik səviyyələrinin yüksək olması, təhsildə ciddiyətin ön planda tutulması, qiymətləndirmə sisteminin obyektiv və düzgünlüyü, tez-tez elmi-praktik tədbirlərin təşkil edilməsi, müəllimlərin dərs prosesində tələbələrlə dialoqa üstünlük verməsi, təlim tərbiyəyə əhəmiyyət verilməsi, müəllimlərin tələbələrə tədris etdikləri dərsi sevdirmələri, təhsildə keyfiyyətin əsas götürülməsi, yüksək keyfiyyətli təhsil verilməsi, tələbələrin hərtərəfli yetişdirilməsinə imkanlar təmin edən bir universitet olması. Sərbəstlik, tələbələrin fikirlərinə hörmətlə yanaşılması, səmərəli fikir və təkliflərin hər zaman nəzərə alınması, tələbələrin azadlıq hüquqlarına hörmətlə yanaşılması, daha sərbəst bir şəraitdə təhsil almalarına imkan təmin edilmiş olması, fərdi xüsusiyyətlərin nəzərə alınması,tələbə-müəllim münasibətlərinin fərqli qurulması, dürüst münasibət və tələbələrin şəxsiyyət olaraq qəbul edilməsi,tələbələrin elmi biliklərlə yanaşı insanlığa faydalı bir şəxsiyyət olaraq yetişdirilməsi istiqamətində səmərəli fəaliyyət mexanizminin tədbiq edilməsi. Tələbələrin hüquqlarına hörmətlə yanaşılması, pozulan hüquqlarının qorunması mexanizminin obyektiv işləməsi, tələbələrin söz hüququnun tanınması, imtahan qiymətləndirmə sistemində ədalət prinsipinin əsas götürülməsi, obyektivliyin qorunması,professor-müəllim heyətinin də intizamlı olmaları, dərsdən kənar münasibətlərdə də ədalət və obyektivliyin qorunması.
Universitetdə rüşvətin olmaması, rüşvət hallarının ortaya çıxmaması üçün sağlam ictimai mühitin formalaşdırılmış olması, rüşvətsiz təhsilin, səmimi mühitin olması. Təhsil müddəti ərzində xaricdə müddətli təhsil alma imkanının olması, dünyaya inteqrasiya baxımından əhəmiyyətli olan beynəlxalq səviyyəli elmi və ictimai tədbirlərin təşkil edilməsi, ingilis dilinin yüksək səviyyədə öyrədilməsi, universitetdə dil laboratoriyasının fəaliyyət göstərməsi.

Ş.Durmazın dediyinə görə,
tələbələrin verdiyi cavablar içərisində ən çox qeyd edilən məsələlərdən
biri müəllim-tələbə münasibətlərdir. 453 dəyərləndirmənin 86-ında bu
məsələyə münasibət bildirilib. Verilən cavablar içərisində xüsusilə
`təhsil işçiləri ilə tələbələrin bir-birlərinə hörmətlə münasibət
bəsləmələri, məsləhətçi rəhbərlərin tələbələrin problemləri ilə yaxından
maraqlanmaları və onları dinləmələri, onlara faydalı məsləhətlər
vermələri` kimi halları qeyd edə bilərik. Nümunə olaraq aşağıdakı
dəyərləndirmələri ifadə edə bilərik: “Müəllimlərin bizi hər dəfə
səmimiyyətlə qəbul edib dinləməsi,müəllimlərimizin bizimlə yaxından
maraqlanmaları, qəriblikdə bizə (xarici tələbələr) bir valideyn (ana,
ata) həssasiyəti ilə qucaq açması, müəllim-tələbə münasibətlərində
dostluq və səmimiliyin olması, istər rektor, istər müəllimlərin
tələbələrə üstdən aşağı baxmayaraq onlarla qurduğu səmimi dostluq
münasibətləri, ehtiyacları olduğu zaman onları dinləmələri.
Müəllimlərin tələbələrlə xoş saatlarını bölüşmələri, yaxından
maraqlanmaları, tələbələrin imtahanlara daha ciddi hazırlanmaları üçün
lazımi imkan və şəraitin təmin edilməsi, tələbələrin bəzi məsələlər
haqqında görüş bildirmə imkanlarının olması, fikirlərinin diqqətə
alınması, sosyal, mədəni və idman fəaliyyətləri”.
Prorektor bildirib ki,
tələbələrin universitet içərisində bəyəndikləri istiqamətlərdən biri
sosiyal, mədəni proqramların təşkil edilməsidir. 453 dəyərləndirmənin
40-da tələbələr bu mövzuda məmnuniyyətlərini ifadə ediblər. Bu cavablar
içərisində xüsusilə “Tələbə dərnəklərinin olması, tələbələrin dərnəklər
vasitəsi ilə fərqli istiqamətlərdə inkişaf etmək imkanlarının olması”
vurğulanıb. Bilik müsabiqələri, şeir müsabiqələri, şənliklər,
seminarlar, milli və beynəlxalq tələbə konfransları, basketbol, futbol
və başqa idman turnirləri kimi sosyal fəaliyyətlər tələbələr tərəfindən
maraqlı proqramlar olaraq xüsusilə qeyd edilib. Bu mövzuda nümunə olaraq
aşağıdakı dəyərləndirmələri ifadə edə bilərik: “Sosyal fəaliyyətlərin
inkişaf etdirilməsi üçün mükəmməl mühitin olması, yazıçı, şair və digər
məşhur şəxslərin dəvət edilərək tələbələrlə görüşlərinin təşkil
edilməsi, hər bayram ailələrə təbrik məktubunun göndərilməsi.
Universitetin təşkil etdiyi “Gənclər bayramı” kimi tələbələrdə
intellektual zövqün meydana gəlməsinə köməklik göstərən proqramların
təşkil edilməsi.
Tələbələrin verdiyi cavablar içərisində infrastruktur
və fiziki imkanlar haqqında verilən cavablar ayrı bir qrup təşkil edir.
453 dəyərləndirmənin 43-ü bu mövzuda olmuşdur. Xüsusilə universitetin
təmizliyi əksəriyyəti təqdirini qazanmışdır. Bundan başqa universitetin
kampusu, laboratoriya imkanları da əksəriyyət tərəfindən qeyd
edilmişdir. Bu mövzu ilə bağlı dəyərləndirmələrdən nümunə kimi
aşağıdakıları qeyd edə bilərik. Bufet və yeməkxana xidmətlərinin
keyfiyyətli olması, kitabxananın zəngin olması və xaricdəki
kitabxanalarla əlaqəsi, kompyüter laboratoriyaları, kampus ərazisi,
istilik sistemi, təmizlik xidmətləri, siniflərin rahat və nizamlı
olması. Stadion və laboratoriyaların olması,universitet kampusunda ümumi
atmosferin gözəl olması,
laboratoriyalardan istifadə imkanı və bütün siniflərin sinevizyonla
təchiz edilməsi, tualetlərdəki təmizlik,universitet ərazisində hər
yerdən girilə biləcək yüksək sürətli nternet imkanının olması”.
Prorektor vurğulayıb ki, tələbələrin verdiyi cavablar içərisində ən çox yeri tutan qruplardan biri də, xüsusiyyət ifadə etmədən və ya bütün xüsusiyyətləri ümumiləşdirərək hər şeydən məmnun olduğunu ifadə edənlərdir. 453 dəyərləndirmənin 100-ü bu çərçivədədir. Belə ümumiləşdirilmiş cavablara nümunə olaraq aşağıdakıları göstərə bilərik: İdman, müəllimlər, məsləhətçilik, tələbələr, seminarlar, dərslər, yataqxana imkanları, yeməkxana, stadionlar, basketbol sahəsi, bir sözlə hər şeyi, yəni Qafqazı sevirəm. Qafqaz Universitetində oxuduğum 5 (beş) il müddətində çox şey əldə etdik. Başqa universitetlərdən fərqli olaraq burada biz bir insan kimi formalaşmaq imkanına sahib olduq. Qafqaz məzunu adını daşımaq, ona layiq olmaq çox çətin məsələdir. Bütün müəllimlərə təşəkkür edirəm. Universitetin bütün fəaliyyətlərindən razıyam.“Tələbələrin cavabları içərisində heç bir şeydən məmnun olmadıqlarını ifadə edənlər də olmuşdur. Belə cavabların sayı 41-dir. Bunlardan seçdiyimiz nümunələr aşağıdakılardır: Demək olar ki mən Qafqaz Universitetində heç bir məsələni bəyənmirəm. Heç bir şey xoşuma gəlmir”.
S.QARAYEVAProrektor vurğulayıb ki, tələbələrin verdiyi cavablar içərisində ən çox yeri tutan qruplardan biri də, xüsusiyyət ifadə etmədən və ya bütün xüsusiyyətləri ümumiləşdirərək hər şeydən məmnun olduğunu ifadə edənlərdir. 453 dəyərləndirmənin 100-ü bu çərçivədədir. Belə ümumiləşdirilmiş cavablara nümunə olaraq aşağıdakıları göstərə bilərik: İdman, müəllimlər, məsləhətçilik, tələbələr, seminarlar, dərslər, yataqxana imkanları, yeməkxana, stadionlar, basketbol sahəsi, bir sözlə hər şeyi, yəni Qafqazı sevirəm. Qafqaz Universitetində oxuduğum 5 (beş) il müddətində çox şey əldə etdik. Başqa universitetlərdən fərqli olaraq burada biz bir insan kimi formalaşmaq imkanına sahib olduq. Qafqaz məzunu adını daşımaq, ona layiq olmaq çox çətin məsələdir. Bütün müəllimlərə təşəkkür edirəm. Universitetin bütün fəaliyyətlərindən razıyam.“Tələbələrin cavabları içərisində heç bir şeydən məmnun olmadıqlarını ifadə edənlər də olmuşdur. Belə cavabların sayı 41-dir. Bunlardan seçdiyimiz nümunələr aşağıdakılardır: Demək olar ki mən Qafqaz Universitetində heç bir məsələni bəyənmirəm. Heç bir şey xoşuma gəlmir”.
http://www.525.az/view.php?lang=az&menu=19&id=39613