X Beynəlxalq Türk Dili Müsabiqəsinin Mingəçevir Özəl Türk Liseyi üzrə final mərhələsinə yekun vurulub
Mingəçevir ŞTŞ-dən verilən məlumatda bildirilir ki, bu
günlərdə Mingəçevir Özəl Türk Liseyində şəhər icra
hakimiyyəti və təhsil şöbəsinin dəstəyi ilə Beynəlxalq
Türk dili müsabiqəsinin Mingəçevir ÖTL üzrə final
mərhələsi keçirilib. Tədbirdə şəhər ictimaiyyətinin
nümayəndələri, müxtəlif məktəblərin şagirdləri,
müəllimlər və valideynlər iştirak edib.
Mahnı, şeir, qrammatika, inşa, sərbəst danışıq
kateqoriyası üzrə keçən müsabiqə bir neçə mərhələdən
ibarət olub. Birinci mərhələ dekabrın 15-də keçirilib.
Həmin mərhələdə Mingəçevirdən şəhər liseyi, Texniki
lisey, 3, 6, 8, 10, 13 nömrəli məktəblər və Bərdə
şəhərindən akademik Z.Əliyeva adına liseyin şagirdləri
qatılıb. Bu günlərdə isə Mingəçevirdə müsabiqənin final
mərhələsi keçirilib. Müsabiqədə şagirdlər böyük həvəslə
bir-birindən rəngarəng və maraqlı şeir və mahnılarla
çıxış ediblər. Müsabiqədəki qiymətləndirməni
Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən təyin
olunan münsiflər heyəti apararaq şeir kateqoriyasında
birinci yerə Mingəçevir Şəhər Liseyinin şagirdi Leyla
Xudadanovanı, ikinci yerə 13 nömrəli məktəbin şagirdi
Nuramin Əliyevi, üçüncü yerə isə Mingəçevir Özəl Türk
Liseyinin şagirdi Yavuz Sabirlini layiq biliblər.
Müsabiqənin mahnı kateqoriyasında birinci yerə
Mingəçevir Texniki Liseyindən Əsmayə Kərimli, ikinci
yerə 13 nömrəli məktəbdən Mustafa Mustafayev, üçüncü
yerə isə şəhər liseyindən Fəiqə Məmmədova layiq görülüb.
Müsabiqə qaliblərin mükafatlandırılması ilə sona yetib.
Ədalət DAŞDƏMİRLİ