Qafqaz Universiteti ilə AMEA Folklor İnstitutu arasında əlaqələr genişlənir
Bakı, 11 yanvar (AzərTAc). Qafqaz Universitetinin rektoru, professor
Əhməd Saniç Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor
İnstitutunda olmuşdur.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov rəhbərlik etdiyi elm müəssisəsində görülən işlər haqqında qonağa ətraflı məlumat vermişdir.
Yaxın günlərdə Qafqaz Universitetində hər iki qurumun gələcək əməkdaşlıq məsələlərinin “dəyirmi masa”da müzakirə edilməsi qərara alınmışdır.
Ə.Saniç səmimi görüş üçün M.İmanova minnətdarlığını bildirmiş, onu rəhbərlik etdiyi universitetə dəvət etmiş, Folklor İnstitutunun kollektivinə yeni ildə böyük uğurlar arzulamışdır.