“Arqumenti ru”–nun baş redaktoru Dmitri Fedotov Qafqaz Universitetində gənç jurnalistlərlə görüşüb.


10 January, 2012
Qafqaz Universitetində tanınmış jurnalist dəlillər və faktlar (rus. - Аргументы и Факты)- həftəlik ictimai-siyasi qəzetin nəzdində fəaliyyət göstərən  “Arqumenti ru” xəbər informasiya veb sayıtının baş redaktoru  Dmitri Fedotovla  müəllim və tələbə heyəti ilə görüş keçirilib.
Jurnalist  haqqında qısa informasiya verən universitetin jurnalistika fakultəsinin kafedra müdiri professor Qulu Məhərrəmli  jurnalistin tərcümeyi halından bəhs etdi.  O Moskva Dövlət  Universitetin  jurnalistika fakultəsinin  məzunu TASS agentliyinin avropa ökələrində xüsusi müxbiri olub. Sovet hökuməti dağılandan sonra özəl kommersiya strukturlarında çalışıb. Sonradan jurnalistikaya qayıdıb və 2002-ci ildən etibarən “Trud” qəzetində müxtəlif rəhbər vəzifələrdə işləyib, qəzetə məxsus nəşriyyatın direktor müavini olub. Dmitri Fedotov 2006-cı ildən müstəqil “Argumenti nedeli” həftəlik nəşrin baş direktor müavini kimi işləyib. Qısa müddət ərzində bu qəzet populyarlıq qazanıb və Rusiyanın yüksək tirajlı ictimai-siyasi nəşrləri siyahısında ilk beşliyə daxil olub.
Sonra söz alan Dmitri Fedotov işlədiyi və rəhbərlik etdiyi təşkilat haqqında dinləyicilərə qısa informasiya verdi. 1978-ci ilin yanvar ayında işıq üzü görən qəzet   Rusiyanın ən iri və kütləvi informasiya vasitələrindən birinə çevrildi.   Dmitri Fedotov Rusiyada və MDB üzvü olan digər ölkələrdə 3 milyon nüsxədən artıq tirajla çap olunan “Arqumentı i faktı” qəzeti və 2 miliyona yaxın oxuyucusu olan veb sayt  barədə informasiya verdi. Fedotov nitqində dediki “Argumenti.ru” Rusiyanın ən oxunaqlı 10 saytından biridir. Jurnalist tələbə və müəllimlərin suallarına cavab verdi.
Tədbirin sonunda  Universitetin rektoru professor Ahmet Saniç günün xatirəsinə həsr olunan xatirə plaketi təqdim etdi və universitet haqqında jurnalistə qısa informasiya verdi. Qonaq universitetin auditoriyaları ilə tanış oldu. Jurnalist universitetlə tanışlıqdan sonra dərin minnətdarlığını bildirdi.
Rəcəb Rzayev
Qafqaz Universiteti mətbuat şöbəsi

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde