Türkiyədə elmi-praktiki konfrans keçirilir

Müstəqil İnformasiya Agentliyi

Ankarada “Ramada Plaza” otelində başda Azərbaycan, Türkiyə, Almaniya, İngiltərə, Misir, İtaliya, İsveçrə, Avstriya, Rusiya, Ukrayna olmaqla seçilmiş 19 ölkə universitetlərinin hüquqşünas və iqtisadçı alimlərinin iştirakı ilə “Türkiyədə əcnəbilərin daşınmaz əmlak əldə etmə hüquqları və nəticələrinin təhlili” layihəsi çərçivəsində beynəlxalq elmi-praktiki konfrans öz işinə başlamışdır.

Təşkilatçısı Ankara Universiteti olan tədbirdə Azərbaycanı hüquqşünas alimlər Qafqaz Universitetinin və Bakı Dövlət Universitetinin Dosenti Mübariz Yolçiyev və Qafqaz Universitetinin dosenti Fuad Hüseynov və iqtisadçı alim Professor Həmzə Xəlilov təmsil edirlər.
Konfransın açılışında çıxış edən Ankara Universitetinin Rektoru Prof.Dr. Cemal Taluğ, Türkiyə Respublikasının ekologiya və şəhər planlaşdırılması Naziri Erdoğan Bayraktar, Türkiyə Respublikasının ekologiya və şəhər planlaşdırılması nazirliyi tapu və kadastro idarəsinin direktoru Gökhan Kanal, layihənin idarəçisi Prof.Dr. Harun Tanrıvermiş bildirmişlər ki, bu tədbirin iştirakçı ölkə universitetlərinin hüquqşünas alimlərinin əməkdaşlığı üçün mühüm əhəmiyyəti olduğu kimi, qloballaşan dünyada daşınmaz əmlak üzərində hansı ölkənin əcnəbilərə hansı hüquqlar vermiş olduğunun öyrənilməsi baxımından da mühüm əhəmiyyəti mövcuddur.
Azərbaycanlı alimlər məruzələrində ölkəmizdə hüquq və iqtisad elminin tarixi və bugünkü vəziyyəti, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində əldə edilmiş uğurlardan danışdıqları kimi, tarixi faktlar da nəzərə alınaraq ölkəmizdə ictimai mənafeyin qurunması üçün əcnəbilərə torpaq üzərində mülkiyyət hüququnun verilməmiş olmasının da məqsədə uyğun olduğunu qeyd ediblər.

Konfransın ikinci və üçüncü günü seçilmiş ölkələrdən gəlmiş hüquqşünas alimlərin məruzələrinin dinlənilməsi davam etdiriləcəkdir. 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde