Xalq Yazıçısı şagirdlərlə görüşdü
Dekabrn 28-də Bakı Özəl Türk Liseyində Azərbaycanın Xalq Yazıçısı,
Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin
vitse-prezidenti Əkrəm Əylislinin şagirdlərlə görüşü olub.
Əvvəlcə Xalq
yazıçısının keçdiyi həyat yolunda, keçirdiyi görüşlərdən bəhs edən qısa
metrajlı film nümayiş olunub. Sonra Bakı ÖTL-nin müdiri Hayrettin Ünver
qonaq barədə şagirdlərə məlumat verib. Görüş zamanı Əkrəm Əylisli 2-ci
Dünya Müharibəsinə təsadüf edən əzab-əziyyətli gənclik illərindən söhbət
açıb. Bütün bu çətinliklərə baxmayaraq həmişə təhsildə öndə olduğunu
bildirib. Məktəblilərə də dərslərini əla oxumağı arzulayıb.
Sonra
şagirdlərin suallarını cavablandıran Ə. Əylisli məktəblilərlə görüşdən
məmnun olduğunu və burada şagirdlərin təhsil almaları üçün lazımi şərait
hazırlandığını deyib. Bakı Özəl Türk Liseyinin pedaqoji kollektivinə
şagirdlərə təhsildə uğurlar diləyib.
Görüşün sonunda Bakı Özəl Türk
Liseyin müdiri Hayrettin Ünver Azərbaycanın Şöhrət ordenli yazıçısı
Əkrəm Əylisliyə xatirə hədiyyəsi təqdim edib.