Kayıtlar

ömer okumuş etiketine sahip yayınlar gösteriliyor

Her ömür bir kitabdır

Resim
“Ömər müəllim ömrünü şərəfli bir peşəyə həsr edib. Onun bu həyatdakı əsas məqsədi insan yetişdirmək olub”,- deyən universitetinin rektoru professor Əhməd Saniç Ömər Okumuşun müəllimlik fəaliyyətinin bütün təhsil işçiləri üçün nümunə olduğunu vurğulayıb.   Hazırda Qafqaz Universitetində pedaqogika fakültəsinin türk dili və ədəbiyyatı kafedrasının müdiri olan Ömər Okumuş 1999-2001-ci illərdə bu ali təhsil müəssisəsinin rektoru olub. Ondan əvvəl isə o, Beynəlxalq Şərq Universitetinə və Dərbənd Humanitar İnstitutuna rəhbərlik edib. Dünən Qafqaz Universitetində pedaqogika fakültəsinin türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Ömər Okumuşun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. “Hər ömür bir kitabdır” adlı tədbirdə iştirak edən müəllim və tələbə heyəti Ömər Okumuşun həyat və fəaliyyətinə, keçdiyi həyat yoluna nəzər salıblar. Universitetin rektoru, professor Əhməd Saniç yubilyarı ulu çinara bənzədərək, onun bütün çətinliklərə sinə gərdiyini söylədi. “Ömə...