"Türkvision" : Türkcenin böyük zaferi
...Türkiyənin gəlmiş-keçmiş ən böyük və ünlü futbolçusu Hakan Şükür əlindəki siyahıdan türkmənistanlı Abadan Halmedovanın adını oxuyarkən Avropanın ən böyük konsert-şou sarayında - İstanbul Göstəri Mərkəzində böyük alqışlar qopdu. Türkmənlərin gənc ulduzu Abadan "Dön gel bir tanem" mahnısını gözəl oxumuşdu, amma sarayı ayağa qaldıran bu deyildi. Artıq heç kəsə sirr deyildi ki, Hakan mahnı yarışının qalibi kimi azərbaycanlı Xəticə Əlizadənin adını elan edəcək... Söhbətin nədən getdiyi, əziz oxucu, artıq hamınıza bəllidir. 6-cı Uluslararası Türkcə Olimpiyatlarının (Beynəlxalq Türk Dili Olimpiadası) Kemal Gülen ilə Ebru Gedizin aparıcılıq etdiyi, Təşkilat Komtəsinin başqanı prof. dok. Mehmət Sağlamın açılışına start verdiyi ödül gecəsi İstanbuldan Türkiyənin bir çox telekanalları ilə, o cümlədən Azərbaycanın "Xəzər" telekanalı ilə bazar günü axşamı canlı yayımlanırdı. Möhtəşəm gecəydi, ödül törəninə qatılan Türkcə sevdalıları hamıya həm duyğulu, həm də nəşəli anlar yaş...