Muxtar Əfəndizadə liseydə yad olundu

Fəridə xanm Əfəndiyeva öz çıxışında atasının əsrin əvvəllərində Ağdaşdakı maarifçilik fəaliyyətindən söz açıb. Ağdaş Özəl Türk Liseyində Zaqafqaziyada, Krımda, Türkiyədə Muxtar Əfəndi kimi tanınan Muxtar Əfəndizadənin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Tədbirdə Muxtar Əfəndizadənin qızı Fəridə Əfəndiyeva da iştirak edib. Fəridə xanm Əfəndiyeva öz çıxışında atasının əsrin əvvəllərində Ağdaşdakı maarifçilik fəaliyyətindən söz açıb. Ağdaşda “Nəşri-Maarif” cəmiyyətinin, “Darülirfan” oğlanlar, “Səadət” adlı qız məktəblərinin, qiraətxana və teatrın məhz Muxtar Əfəndizadənin səyləri nəticəsində təşkil olunduğunu vurğulayan Fəridə xanım eyni zamanda atasının ərəb və fars dillərini mükəmməl bildiyini qeyd edib: “O, İsgəndər Münşinin “Tarixi-aləmi-arayı-Abbası” (farscadan), İbn əl Əsirin “Əl-Kamil fi-t-tarix” (ərəb), Mirxond “Rövzət-Üs-səfa” (fars), “Gülüstan” əsərlərini dilimizə tərcümə edib”. Onun sözlərinə görə, Azərbaycanın, demək olar ki, bütün gənc şərqşünasları, el...