Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xüsusi istedada malik uşaqların(gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) nın təsdiq edilməsi haqqında” imzalamıdığı sərəncamın əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu sərəncamın icrasından irəli gələrək Qafqaz Universiteti Pi və Sənaye Mühəndisliyi tələbə dərnəkləri Təhsil Nazirliyi ilə birgə regional mərkəz olaraq Bakıda , Abşeronda, Sumqayıtda , Şamaxıda , Əli Bayramlıda " Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş I-ci Riyaziyyat - Məntiq Olimpiadası " keçirmişdir. Olimpiadanın əsas məqsədi riyaziyyat sahəsində gənc istedadları müəyyən etməkdir.Olimpiada iki mərhələdə keçirilmişdir. 5 may 2008 –ci il tarixində təşkil olunmuş birinci mərhələdə 1000 şagird içərisindən 60 şagird, ikin...