Qafqaz Universiteti Tərcümə bölməsinin təşkilatçılığı ilə bölmənin tələbələri arasında bilik yarışması keçirilib.
ÇAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR SİLSİLƏSİ
BİLİK YARIŞMASI
Qafqaz
Universiteti Tərcümə bölməsi Çağ Öyrətim İşlətmələrinin 20 illiyinə
həsr olunmuş tədbrilər silsiləsindən növbəti tədbiri ilə tələbələrini
sevindirib. Bölmənin təşkilatçılığı ilə bölmənin tələbələri arasında
bilik yarışması keçirilib. Yarışmaya 2-5-ci kurs tələbələrindən ibarət 6
komanda iştirak edib. Yarışmada soruşulan suallar əsasən tərcümə ilə
bağlı olsa da müxtəlif mövzulara da yer verilib. Tərcümə Bölməsinin
müdiri dos. Nərminə Əliyeva iştirakçıları salamlayıb və onlara uğurlar
arzulayıb. ilk 10 sualdan sonra bölmənin müəllimi Natiq Adilov
tərəfindən şifahi tərcümə yarışması aparılıb. Tədbirin sonunda Pedagoji
fakültəsinin dekanı dos. Erdal Karaman belə tədbirlərin mütəmadi olaraq
keçirilməsindən məmnunluğunu ifadə edib. Tədbirin sonunda qalibləq
mükafatlandırılıb.