Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib
“Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib Fevralın 23-də „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib.Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. Ədəbi-bədii gecədə gimnaziyanın şagirdləri Xalq Şairləri Bəxtiyar Vahabzadənin “Ana dili”, Zəlimxan Yaqubun “Bax, bu yaşamaqdı, bax bu həyatdı”, Hidayət Orucovun “Yol gedirəm” və Tofiq Bayramın “Ana dilim” şeirlərini söyləyiblər. Bunla bərabər məktəblilər ədəbiyyatımızın dahilərindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən anasının Leyliyə nəsihəti, Mirzə Ələkbər Sabirin “Ağacların bəhsi”, Əbdülrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan”, Süleyman Sani Axundovun “Qaraca qız”, Cəlil Məmmədquluzadənin “Ölülər”, İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan”, Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan həkimi- nəbatat və dərviş Məstəli şah cadukunu-məşhur”, Cəfər Cabbarlının “Oqtay Eloğlu” və s. əsərlərdən ibarət səhnəciklər göstərilib. Təd...