Müstəqilliyimizin bərpasının həmyaşıdı “Çağ” Öyrətim şirkətinin 20 illiyinə
23 December, 2011
Qafqaz
Universiteti Dil Koordinatorluğu və Ədəbiyyat klubunun təşkilatçılığı
ilə “Müasir Azərbaycan və “Çağ Öyrətim ” şirkətinin 20 illiyinə həsr
olunan bilik yarışması”na dekabrın 21-də yekun vuruldu. Yarışda
qüvvət, güc və zəka fidanları olan tələbələrdən ibarət 20 komanda
iştirak edirdi. Finala 5 komanda çıxdı. Gərgin intellektual yarışın
qalibi, I yerin sahibi ÜSİOF komadası oldu. Bilik yarışının yekun
mərhələsini həm də “İlin hesabatı” adlandıran universitetin rektoru
prof. Ahmet Saniç bilik yarışının qaliblərini hər cür çətinliklərə sinə
gərən, vətəninə, millətinə bağlı olan, könüllərə işıq, dünyaya sülh vəd
edən ideal nəsilin nümayəndələri kimi dəyərləndirdi. Tədbirin qonağı
millət vəkili Cavanşir Feyziyev qalib komandanı təbrik edərək Qafqaz
Universitetini ən müasir təhsil prosesinə imza atan ali təhsil
müəssisəsi kimi fərqləndirdi. O, Azərbaycanın Dövlət Müstəqilliyinin
bərpasının və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki
fəaliyyətinin eyni yaşda olmasını “Çağ” Öyrətim Şirkətinin yekdilliklə
milli müstəqilliyə səs verdiyinin sübutu olduğunu diqqətə çatdırdı.
Bilik yarışının qalibləri fəxri fərman və diplomlarla mükafatlandırıldı.