Azərbaycan Türkiyə Özəl Liseyləri və Azərbaycan Gənclər İttifaqı (AGİ) arasında müqavilə imzalandı


Dekabrin 27-də Bakı Özəl Türk Liseyində, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və Azərbaycan Gənclər İttifaqının Sədri Ağacan Əhmədov Azərbaycanda Enerji və resurslardan istifadə üzrə beynəlxalq SPARE məktəbli layihəsi çərçivəsində birgə fəaliyyət göstərmək üçün Əməkdaşlıq Memorandumu imzalayib.

Əməkdaşlıq Memorandumuna əsasən  2 il ərzində (AGİ) və 13  Azərbaycan-Türkiyə Özəl Liseyləri birlikdə tələbə mübadiləri, Məktəb Enerji İdarəçiliyi sisteminin yaradılması, Müştərək Yay məktəbli düşərgələri, müəllim və  şagirdlər üçün seminar- təlimlərini təşkil edəcək, Az karbonlu pilot məktəbləri və s. sahələrdə birgə faəliyyət göstərəcək. Həmçinin enerjiyə qənaət, ekoloji layihələrin həyata keçirilməsində yaxından iştirak edəcəklər.
Qeyt etmək lazımdır ki, Azərbaycan Gənclər İttifaqı (AGİ) 1991-ci ildə müstəqil Azərbaycan Respublikasinda yaradılmış ilk qeyri-hökumət təşkilatlarından biridir. AGİ 2002-ci ildən Norveç Təbiəti Mühafizə Cəmiyyətinin dəstəyilə Azərbaycanda SPARE layihəsini həyata keçirir. SPARE layihəsi enerji, iqlim və ekologiya üzrə dünyada ən böyük beynəlxalq məktəbli proqramıdır. Бу proqrama Norveç, Makedoniya, Bolqarıstan, Portuqaliya, MDB ölkələri, Rumıniya, Polşa və digər ölkələrdən 300.000-dən artıq  şagird cəlb olunmuşdur.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF