Azərbaycanın 1918-ci ildə Qafqaz islam Ordusu tərəfindən azad edilməsinin 90 illiyinə həsr edilər sərgi keçirilir
Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Tarix Muzeyi bu gün Azərbaycanın 1918-ci ildə Qafqaz islam Ordusu tərəfindən azad edilməsinin 90 illiyinə həsr edilən sərgi təşkil edib. Səfir Hülusu Klıç sərgi ilə tanış olduqdan sonra çıxışında bildirib ki, Qafqaz İslam Ordusunun göstərdiyi şücaətləri əks etdirən tarix 90 il bundan əvvəl baş verənlərin yeni nəslə çatdırılmasında böyük rol oynayacaq. «Hər kəsin bu sərgiyə baxması vacibdir. Hər kəs yaxınlarını, qonum-qonşusunu bu eksponatları görmək üçün dəvət etməlidir. Nuru Paşanın və Türk ordusunun Azərbaycan xalqı uğrunda apardığı mübarizə bu sərgidə tamamiilə öz əksini tapıb. Bu sərgi gerçəkdən məni duyğulandırdı. Ümüdvaram ki, bu cür sərgilərin tez-tez düzənləməsi üçün hər kəs əlindən gələni əsirgəməyəcək». Daha sonra səfir Qafqaz İslam Ordusunun Azərbaycan naminə göstərdiyi xidmətləri unutmadığına görə Azərbaycan xalqına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Muzeyin direktoru Nailə Vəlixanlı isə çıxışında bildi...