Kayıtlar

`Çağ` Öyretim Şirketi etiketine sahip yayınlar gösteriliyor

"Çağ" Azər­bay­can mək­təb­li­si­ni bey­nəl­xalq olim­pi­a­da­la­ra çı­xar­dı

Resim
Qafqaz Univesitetində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Müasir Azərbaycan və "Çağ Öyrətim" mövzusunda elmi-praktik konfrans keçirildi. Təhsil Nazirliyi, "Çağ"ın və "Qafqaz"ın birgə təşkil etikləri tədbirdə Türkiyədən gəlmiş nümayəndələr də iştirak etdilər.   Əvvəlcə tədbir iştirakçıları azadlığımız uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri oxundu. Konfrans iştirakçılarını salamlayan Qafqaz Universitetinin rektoru, prof. dr. Ahmet Saniç mənsub olduğu qurumun ən yaddaqalan günlərini yaşadığını söylədi. Bildirdi ki, 20 il öncə müstəqillik əldə etmiş qardaş Azərbaycanın təhsil həyatına ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə türk məktəbləri qədəm qoydu və sədaqətə etibarla xidmətə başladı. "Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik", - deyərək qarşı...

Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini prof. Dr. Mehmet Sağlamın konfransa təqdim olunmuş məruzəsindən

Resim
Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş “ Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.   Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini p rof. Dr. Mehmet Sağlamın  konfransa təqdim olunmuş məruzəsindən : ·   Azərbaycanı ilk dəfə 1997-ci ildə Türkiyə Respublikası Milli Təhsil naziri olaraq ziyarət etmişdim. Azərbaycan Təhsil naziri Lidya xanımla birlikdə Bakı Türk Liseyini ziyarətimdən sonra şərəf dəftərinə bu cümlələri yazmışdım: “Müasir bir təhsil təşkilatı gördüm. Xüsusilə, kompyuter ekranında gördüyüm “Atam, izindəyik, Azərbaycan xidmətindəyik.” ifadəsi məni ovsunlamışdı. Böyük Atatürk də 65 il əvvəl “Siz onların gəlməyini gözləməyin, özünüz gedin” deyirdi. Bu duyğularla ayrıldığım Azərbaycana 15 il sonra təkrar gəlirəm. Azərbaycanın hər sahədə olduğu kimi təhsildə də çox məsafə qət etdiyini seyr etməkdən məmnun olduğum...

Azərbaycan Respublikasının Təhsil Naziri Professor Misir Mərdanovun konfransa təqdim olunmuş məruzəsindən

Resim
Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş “ Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.   Azərbaycan Respublikasının Təhsil Naziri Professor Misir Mərdanovun konfransa təqdim olunmuş məruzəsindən : ·Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən 20 il keçir. Müstəqilliyimizin yaşıdı və respublikamızın təhsil sistemində özünəməxsus rolu, Azərbaycan-Türkiyə təhsil əlaqələrində müstəsna yeri olan "Çağ" Öyrətim Işlətmələri Şirkəti də fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Təhsil sahəsində ugurların eldə edilməsində XX əsrin dahi siyasi və ictimai xadimi, xalqımızın ümummili lideri Heydər Eliyevin, XXI əsrin ilk onilliyində isə ulu öndərin müəyyən etdiyi kursu qətiyyətlə və əzmlə həyata keçirən ölkə Prezidenti Ilham Eliyevin misilsiz xidmətləri olmuşdur və bu müdrik siyasət hazırda da davam etməkdədir. ·Müsteqil ...

“Azersun Holdinq”in İdarə Heyətinin Sədri Abdolbari Goozalın konfransa təqdim olunmuş məruzəsindən:

Resim
Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş “ Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.   “Azersun Holdinq”in İdarə Heyətinin Sədri Abdolbari Goozalın  konfransa təqdim olunmuş məruzəsindən : Qloballaşan dünyada insan yetişdirmək kimi mühüm bir vəzifəni üstlənmiş çağ öyrətim şirkətinin bu qədər fədakar və zəhmətkeş müəllim heyəti vardır. Bu böyük məsuliyyət və böyük güc deməkdir. Mən bəzən düşünürəm ki, bizlər bir-birimizi az-az görsək də, eyni ailənin üzvləriyik. Bizim hədəfimiz eynidir. Biz bir-birimizdən güc almaqla azərbaycanın iqtisadiyyatının inkişafına, insanla rın qida təminatının daha da yaxşılaşdırılmasına, cəmiyyətin inkişafına birgə çalışmaqdayıq. Gənclərin universitetdə başlayan həyat yolu biznesdə davam edir. Aldıqları təhsilin təməli güclü olduqda isə bunun biznes sektoruna da müsbət təsiri hiss olunur. S izlərl...

Türkçe Dünya Dili Yolunda HAZAR TV 23.06.2011

SINAQ İMTAHANLARI BAŞA ÇATDI

Valideynler “Qafqaz” universitetinin onlara ve abituriyentlere münasibetinden razılıq edirler Ali ve orta ixtisas mekteblerine qebul çerçivesinde abituriyentlerin öz bilik seviyyelerini müeyyenleşdirmesi üçün keçirilen sınaq imtahanları bu gün sona çatıb. On minlerle abituriyentin qatıldığı ilkin bilik yarışmasında abituriyentler öz biliklerini qederini müeyyenleşdirmeye çalışıblar. Ölkenin ali tehsil ocaqlarında ve orta mekteblerde teşkil olunan sınaq imtahanları bu defe de qelebelik olub. Demek olar ki, bütün abituriyentler son sınaqda iştirak edibler. Övladı “Qafqaz” universitetinde teşkil olunan sınaq imtahanında iştirak eden valideyn Elşad Meherremov adı çekilen universitetde abituriyentlere ve valideynlere gösterilen diqqetden razı qalıb: “Biz heyetde güneş altında dayanmışdıq. Abituriyentler auditoriyalara keçenden sonra bizi içeri devet etdiler, universitetin yemekxanasında çaya qonaq elediler, her bir valideyne Qafqaz universitetine aid bukletler, qelem ve bloknotlar pa...

“Çağ”ın bu ilki mezunlarının 98 faizi ali mekteblere qebul olub

Resim
"Qebul imtahanlarının neticelerine esasen, mezunların 464 neferi, yeni sened verenlerin 98 faizi telebe adını qazanıb". "Qebul imtahanlarının neticelerine esasen, mezunların 464 neferi, yeni sened verenlerin 98 faizi telebe adını qazanıb. Onlardan 268 neferi (63 faizi) respublikamızın ali mekteblerine, 175 neferi (37 faizi) ise xarici universitetlere qebul olunub". “Öten illerde olduğu kimi, 2008-ci il de “Çağ” Öyretim Şirketi üçün uğurla başa çatıb. Bele ki, bu il Azerbaycan-Türkiye özel liseylerini 477 şagird bitirib ve onların hamısı respublikamızın ve xarici ölkelerin müxtelif universitetlerine sened verib”. Bu barede qezetimize “Çağ” Öyretim Şirketinin Azerbaycan-Türkiye Özel liseyleri Baş İdaresinin reisi Adem Önal melumat verdi. Adem beyin sözlerine göre, qebul imtahanlarının neticelerine esasen, mezunların 464 neferi, yeni sened verenlerin 98 faizi telebe adını qazanıb. Adem Önal elave etdi ki, onlardan 268 neferi (63 faizi) respublikamızın ali mekteblerine,...