Neft və Kimya Prosesləri İnstitutunda görüş

 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası Yusif  Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunun direktoru , AMEA- nın müxbir üzvü Vaqif Abbasovla görüşüblər. Əvvəlcə qonaqlar Vaqif Abbasovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik ediblər. Ona yeni işində uğurlar diləyiblər. Sonra Dr. Enver Özeren “Çağ” Öyrətim İşlətmələrinin təhsildə əldə etdiyi uğurları, nailiyyətləri barədə məlumat verib. Bu uğurların daha da yüksəldilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib. 
V. Abbasov qonaqlara qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verib və üzərinə düşən vəzifənin layiqincə yerinə yetirəcəyini bildirib. “Çağ” Öyrətim İşlətmələrinə təhsildə uğurlar diləyib.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq