“Nitq mədəniyyəti və ifadə vasitələri”

Arifə bir işarə kifayətdir
24 December, 2011
Düşüncə” klubunun təşkil etdiyi silsilə seminarlar davam edir. 23 dekabrda keçirilən növbəti seminar “Nitq mədəniyyəti və ifadə vasitələri” mövzusuna həsr edildi.  Seminarda çıxış edən psixoloq Hüseyn Xəlilov bədən dilinin sirrlərinin asan dillə necə oxunması haqda danışdı. “Bəzən bir hərəkət min sözə əvəzdir “ söyləyən Hüseyn müəllim biri ilə ünsiyyət qurduğumuzda söylədiklərimiz nə qədər əhəmiyyətlidirsə, hərəkətlərimizlə o adamda buraxdığımız təəssüratın da o qədər əhəmiyyətli olduğunu vurğuladı. 
İnsanların mühitdən asılı olaraq özlərini necə nizamlaması, kiməsə müraciət edərəkən şüursuz olaraq bədənin aldığı vəziyyətlərlə bağlı söhbətlərə tələbələr daha fəal müdaxilə etdilər. Belə bir fakt təsdiqləndi ki, qarşı tərəflə eyni bədən vəziyyətini alanda ondan məlumatları daha uğurla alıb qavraya bilərik.  “Yalanı necə tutmalı”, “Pozaya görə analiz” testləri üzrə təcrübələr keçirildi. Öz bədən hərəkətlərimizə nəzarət edərək ictimai mühitə daha tez uyğunlaşmanı təmin etməklə bağlı faydalı məsləhətlər verildi.
Növbəti seminar məşğələsi 2011-2012-ci tədris ilinin II yarısında  “Tənqidi düşüncə” mövzusu ilə davam edəcək.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF