Qafqaz Universitetində Azərbaycanın müstəqilliyinin bərpasının və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20 illiyinə həsr olunmuş bilik yarışına yekun vuruldu.
"20 il bundan əvvəl Azərbaycana gəlib burada iş qurmaq, Azərbaycan xalqına xidmət etmək böyük fədakarlıq idi. Belə fədakarlıq göstərənlərdən biri də "Çağ" Öyrətim İşlətmələri Şirkəti olub".
Bu sözləri dünən Qafqaz
Universitetində Azərbaycanın müstəqilliyinin bərpasının və "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20 illiyinə həsr edilmiş
bilik yarışmasının finalında təşkil olunmuş tədbirdə millət vəkili
Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, bu gün "Çağ"da təhsil alan
şagirdlərin sorağı dünyanın hər bir guşəsindən gəlir: "Bu gün "Çağ"ın
Azərbaycan təhsilinə gətirdiyi uğurların, demək olar ki, sayı-hesabı
yoxdur. O, təhsilimizdə bir çox ilklərə imza atmaqla təhsilimizi bütün
dünyada tanıdıb. Bu mənada, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
ölkəmizə gəlişi 1918-ci ildə Nuru Paşanın gəlişi qədər Vətənimiz,
xalqımız üçün faydalı olub". Çıxışının sonunda "Çağ"a nəcib və taleyüklü
işlərində uğurlar arzulayan millət vəkili I semestrdə ingilis dili üzrə
təhsilini əla qiymətlərlə başa vuran universitetin birinci kurs
tələbələrinə sertifikatlar təqdim edib.
Qeyd edək ki, 5 komandanın iştirakı ilə keçirilən bilik yarışmasının final mərhələsində həyəcanlı anlar yaşanıb. Tədbirin sonunda qalib komandalara mükafatlar təqdim edilib.
Xatırladaq ki, bilik yarışması "Nil" mağazaları və "Xəzər" nəşriyyatının sponsurluğu, Qafqaz Universiteti Dil Tədris Koordinatorluğu və Ədəbiyyat Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Qafqaz Universiteti Dil Tədrisi koordinatoru Cəlil Ərdəm bizimlə söhbətində müstəqilliyimizin 20 illiyi ilə əlaqədər silsilə tədbirlər təşkil etdiklərini bildirib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41704