Quba Özəl Türk liseyinin uğurları bizi sevindirir
"Çağ" Öyrətim İşlətmələri Quba Özəl Türk Liseyinin təhsildə qazandığı uğurlar rayon Təhsil şöbəsinin işçilərini çox sevindirir. Uzun illərin gərgin zəhmətin nəticəsidir ki, bu gün QÖTL-i Respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey fəaliyyət göstərdiyi ilk illərdən başlayaraq hal-hazıra kimi Quba rayon Təhsil Şöbəsi ilə birgə işləmiş, təhsilin yüksək keyfiyyətlə təşkil olunmasına, uşaqların hərtərəfli hazırlanmasına çalışmışdır. Daim öz üzərində çalışan, yaradıcılıq axtarışlarında olan, qabaqcıl təcrübədən bəhrələnən liseyin müəllimləri şagirdlərin yüksək səviyyədə bilik almaları üçün səy və bacarıqlarını əsirgəmirlər. Bu tədris müəssisəsinin məktəbliləri respublikanın, eləcə də xarici ölkələrin tanınmış ali məktəblərinin böyük əksəriyyətində Quba Özəl Türk liseyinin məzunları təhsillərini davam etdirir. Liseyin məzunları arasında 600-dən yuxarı bal toplayan və hətta Preziden...