Qafqaz Universitetində aylıq seminar:"Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycan iqtisadi inkişaf imperativləri”

“Manatın möhkəmlənməsi qaçılmaz prosesdir” Qafqaz Universitetində aylıq seminarlar çərçivəsində növbəti konfrans keçirilib. Tədbirdə Milli Bankın pul siyasəti departamentinin direktoru dr. Xəqani Abdullayev “Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycan iqtisadi inkişaf imperativləri” mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışı zamanı ölkəmizin iqtisadi inkişaf strategiyasını, bununla bağlı respublikamızda gedən prosesləri və gələcək iqtisadi doktrinanı dəyərləndirib. Milli Bankın rəsmisi qarşıda duran başlıca vəzifələri açıqlayıb: “Hazırda üç əsas sual və bu suallardan doğan vəzifələr gündəmdə durur. Birincisi, neft gəlirlərinin düzgün bölüşdürülməsi, ikincisi, neft gəlirlərinin artması şəraitində manatın məzənnəsinin məhdudlaşdırılması yollarının tapılması və nəhayət, üçüncüsü isə, neft pullarının “yağışından” sonra dövlət xərclərinin sabitliyinin qorunmasıdır. Bu üç sual hazırda ölkənin bütün iqtisadi qurumlarını düşündürür. Bu sualları cavablandıracaq və bi...