Qafqaz Universiteti ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu arasında anlaşma memorandumu imzalanıb

 23.12.2011
Dünən Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (AMEA İTİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib. Universitetdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışan rektor bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu gün Qafqaz Universiteti Azərbaycanın özəl ali təhsil müəssisələri arasında özünəməxsus öncül yerlərdən birini tutur. Təhsilin keyfiyyəti və tələbələr üçün yaradılmış müasir standartlara cavab verən şəraiti ilə fərqlənir.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini bildirib. Müasir dünyada elmin, təhsilin, o cümlədən informasiya texnologiyalarının önəmli rolundan bəhs edən R.Əliquliyev ölkəmizdə bu sahələrin inkişaf etdiyini söyləyib, İTİ ilə Qafqaz Universiteti arasında əlaqələrin əhəmiyyətini vurğulayıb.
Sonra əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi professor Ə.Saniç və AMEA-nın müxbir üzvü R. Əliquliyev imzalayıblar. Memorandumda birgə elmi-tədqiqatların aparılması, innovasiya layihələrinin hazırlanması və reallaşdırılması, elmi kadrların hazırlanması, konfrans və seminarların keçirilməsi və digər məsələlər nəzərdə tutulur.
Sonra qonağa universitetin fəxri plaketi təqdim olunub.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=38920

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF