ARDNŞ-də Azərbaycan ali təhsil məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilmişdir
Yanvarın 14-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə 2009-2010-cu tədris ilinin II semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir. Mərasimi ARDNŞ prezidenti Rövnəq Abdullayev açaraq, Şirkətin təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına uyğun olaraq gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə Şirkətdə görülən işlərdən danışmışdır. ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Şirkətin müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi kadr hazırlığı proqramı haqda iştirakçılara ətraflı məlumat vermişdir. O, ARDNŞ təqaüdlərinin 2004-2005-ci tədris ilindən etibarən ADNA tələbələrinə verildiyini, sonrakı illərdə müsabiqənin əhatə ...