TQDK ali məktəblərin reytinq cədvəlini müəyyənləşdirib

Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri əsasında ali məktəblərin reytinq cədvəlini müəyyənləşdirib. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə 2011-ci qəbul ilinin yekunlarına dair bu gün keçirdiyi tədbirdə bildirib.

M. Abbaszadə qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də ali təhsil müəssisələrinin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. Bu il akademiyaya qəbul olanların 73 faizini 600 və ondan yuxarı bal toplayanlar təşkil edib. Azərbaycan Tibb Universiteti siyahıda II yeri tutub. Bu il prezident təqaüdə layiq görülmüş I kurs tələbələrinin 46 faizi Dövlət İdarəçilik Akademiyasında və Tibb Universitetində təhsil alır. M. Abbaszadə deyib ki, sonrakı yerləri Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət İqtisadi Universiteti, Naxçıvan Dövlət Universiteti və Bakı Slavyan Universiteti tutur.

M. Abbaszadə qeyd edib ki, bu il regional universitetlər arasında ən yaxşı nəticə göstərən Naxçıvan Dövlət Universiteti olub.

http://az.apa.az/news.php?id=246399 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF