Kayıtlar

Təhsil Naziri etiketine sahip yayınlar gösteriliyor

Azərbaycan Respublikasının Təhsil Naziri Professor Misir Mərdanovun konfransa təqdim olunmuş məruzəsindən

Resim
Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş “ Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.   Azərbaycan Respublikasının Təhsil Naziri Professor Misir Mərdanovun konfransa təqdim olunmuş məruzəsindən : ·Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən 20 il keçir. Müstəqilliyimizin yaşıdı və respublikamızın təhsil sistemində özünəməxsus rolu, Azərbaycan-Türkiyə təhsil əlaqələrində müstəsna yeri olan "Çağ" Öyrətim Işlətmələri Şirkəti də fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Təhsil sahəsində ugurların eldə edilməsində XX əsrin dahi siyasi və ictimai xadimi, xalqımızın ümummili lideri Heydər Eliyevin, XXI əsrin ilk onilliyində isə ulu öndərin müəyyən etdiyi kursu qətiyyətlə və əzmlə həyata keçirən ölkə Prezidenti Ilham Eliyevin misilsiz xidmətləri olmuşdur və bu müdrik siyasət hazırda da davam etməkdədir. ·Müsteqil ...

İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur.

Resim
İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur. Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışlar. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin fəaliyyəti barədə ətraflı məlumatlar verən natiqlər müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş bu ali məktəbdə qazanılan nailiyyətləri diqqətə çatdırmış, onun beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirmişlər. Sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səmərəli xidmətlərinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin fəxri doktoru adını...

I-ci Riyaziyyat - Mantiq Olimpiadasının mükafatlandırma merasimi geçirilmişdir

Resim
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xüsusi istedada malik uşaqların(gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) nın təsdiq edilməsi haqqında” imzalamıdığı sərəncamın əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu sərəncamın icrasından irəli gələrək Qafqaz Universiteti Pi və Sənaye Mühəndisliyi tələbə dərnəkləri Təhsil Nazirliyi ilə birgə regional mərkəz olaraq Bakıda , Abşeronda, Sumqayıtda , Şamaxıda , Əli Bayramlıda " Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş I-ci Riyaziyyat - Məntiq Olimpiadası " keçirmişdir. Olimpiadanın əsas məqsədi riyaziyyat sahəsində gənc istedadları müəyyən etməkdir.Olimpiada iki mərhələdə keçirilmişdir. 5 may 2008 –ci il tarixində təşkil olunmuş birinci mərhələdə 1000 şagird içərisindən 60 şagird, ikin...