Kayıtlar

imza etiketine sahip yayınlar gösteriliyor

Qafqaz Universiteti ilə Texnikabank arasında əməkdaşlıq müqaviləsi imzalandı

Resim
  08 April, 2011 Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç  və  “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev tərəfindən imzalanan müqaviləyə görə tərəflər ali təhsilin inkişafında, eləcədə kadr hazırlığı işində birgə layihələr həyata keçirəcəklər. Müqaviləyə görə “Texnikabank” ASC ali təhsildə praktiki imkanlar və ali təhsilin inkişafında universitet-iş dünyası əlaqələri profilli fəaliyyətlərdə Qafqaz Universitetinə dəstək verəcəkdir. Qafqaz Universiteti isə öz növbəsində elmi-nəzəri potensialı ilə “Texnikabank” ASC-nin fəaliyyətinə dəstək verəcəkdir. Qeyd edim ki, əməkdaşlıq müqaviləsinin imzalanması üçün keçirilən görüşdə Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev və “Texnikabank” ASC-nin İdarə heyətinin sədri Samir Hüseynov Qafqaz Universitetinin bir qrup tələbəsi və müəllim heyəti qarşlıqlı müzakirələr də apardı...