Azərbaycanda 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib
Səfir Hulusi Kılıc: “Uşaqlar bizim ən dəyərli varlığımızdır, böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib” Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib. APA -nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Bakıda fəaliyyət göstərən türk və Azərbaycan məktəblərinin şagirdləri qatılıb. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirlinin təhsil üzrə müşaviri Halis Koyunçuoğlu bildirib ki, bu gün həm də Türkiyə Böyük Millət Məclisinin yarandığı gündür: “1920-ci ilin bu günü Vətən övladları böyük zəfər qazandılar. Ulu öndərimiz Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan edib. Çünki Türkiyənin gələcəyini məhz uşaqlar quracaq. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb. 23 aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd e...