Qafqaz Universitetində növbəti seminar keçirildi.
17.12.11 | Növbəti seminar keçirildi
Dünən Qafqaz Universitetində növbəti
seminar keçirildi. Seminarı giriş sözü ilə Qafqaz Universitetinin
rektoru Ahmet Saniç açdı və bildirdi ki, artıq neçə illərdir ki, bu
təhsil ocağında müxtəlif sahələri əks etdirən ənənəvi
seminarlar təşkil olunur. Bugünkü seminar isə kimya sənayesinin
müzakirəsinə həsr olunmuşdur. Sonra Neft-Kimya Problemləri İnstitutunun
direktoru Vaqif Abbasov “Kimya və kimyanın sənayedəki əhəmiyyəti”
mövzusunda geniş məruzə ilə çıxış etdi. Natiq ölkəmizdə neft-kimya
sahəsinin inkişafından söz açdı və əldə olunan uğurları xüsusi qeyd
etdi.
Seminar çərçivəsində Qafqaz Universiteti ilə Neft-Kimya Problemləri İnstitutu arasında əməkdaşlıq protokolu imzalandı.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə plaketini təqdim etdi.
G.Hüseynova.
http://www.respublica-news.az/2011/12/17/18438/