Qafqaz Universitetinin təşəbbüsü ilə keçirilən müsabiqənin qalibləri məlum olub
03:00 / 29.12.2011
Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə doktorantlar,
bakalavrlar və magistrlar arasında “Heydər Əliyev və Müstəqil
Azərbaycanın 20 illik sosial – iqtisadi inkişafı” mövzulu elmi məqalə
yarışması keçirilib. Müsabiqəyə 2011-ci il sentyabr ayında start
verilib. Müsabiqənin məqsədi Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa etdiyi 1991-ci ildən keçən dövr ərzində ölkəmizin
sosial-iqtisadi həyatında yaranmış köklü dəyişikliklərin müxtəlif elmi
aspektlərdən öyrənilməsi üçün Azərbaycan Respublikasının tələbələri və
tədqiqatçıları arasında elmi tədqiqatların aparılmasını təşviq etmək
idi.
Müsabiqənin Respublika miqyaslı ola bilməsi üçün və ölkəmizin hər
yerindən və eləcə də xaricdə yaşayan Azərbaycanlıların bu müsabiqədə
işyitark etməsi üçün səfərbərlik elan olundu və ümumilikdə universitet,
elmi-tədqiqat institutları, müəllimlər institutu olmaqa 50 dən çox
elm-tədris mərkəzində tədbir ilə bağlı məlumatlar göndərildi. Bununla
yanaşı nazirliklər və dövlət komitələri də daxil olmaqla 20-dən çox
dövlət müəssisəsində işləyən mütəxəsislərə tədbirlə bağlı məlumatlar
verdi. Məqalə müsabiqəsində 24 fərqli qurumdan 90 iddiaçı iştirak edib.
Müsabiqənin geniş miqyaslı olduğuna misal olaraq müraciət edənlərdən 1
nəfərin Almaniyanın Flensburg Universitetindən, bir nəfərin Almaniyanın
Lund universitetindən və 1 nəfərin də Türkiyənin İnönü Universitetindən
olması idi. Bununla yanaşı Azərbaycanı regionlarından da müsabiqədə
yüksək sayda müəllif iştirak edib. Bu iştirakçılar əsasən Gəncə Dövlət
Universiteti, Naxçıvan Dövlət Universiteti, Quba və Naxçıvan Müəllimlər
institutundan olmuşdur. 9 dekabr 2011-ci il tarixi etibarı ilə
müsabiqəyə məqalə qəbulu dayandırılıb.
Təqdim edilən məqalələr Qafqaz
Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən
ayrı-ayrılıqda baxılmış və qiymətləndirilib.
Bakalavr dərəcəsində 1-ci
yeri tutan tələbə 500 manat, magistratura dərəcəsində 1-ci yeri tutan
tələbə 600 manat və doktorantura dərəcəsində 1-ci yeri tutuan tələbə isə
800 manat pul mükafatı alıblar.
S.QARAYEVAhttp://www.525.az/view.php?lang=az&menu=19&id=39124