Elçin Şıxlı: “Türk dili olimpiadaları türkcəyə beynəlxalq status qazandıra bilər”

“Türkiyənin İstanbul şəhərində keçirilən VI Beynəlxalq Türkcə Olimpiadasının iştirakçısı kimi deyə bilərəm ki, bu, türk dilinin təbliği baxımından çox əhəmiyyətli bir tədbir idi”. Olimpiadanın final mərhələsini izləyən Arif Əliyev: “Türk birliyi haqqında danışanları çox dinləmişdim, ancaq VI Beynəlxalq Türkcə Olimpiadasında ilk dəfə bu istiqamətdə atılan real addım gördüm. Düşünürəm ki, bu istiqamətdə konkret işlər görülməyə davam edilərsə, türk ortaqlığı utopiya kimi qalmayacaq”, - deyib. Arif Əliyev (“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri): “ Türk birliyi haqqında danışanları çox dinləmişdim, ancaq VI Beynəlxalq Türkcə Olimpiadasında ilk dəfə bu istiqamətdə atılan real addım gördüm. Bu, mənim üçün gözlənilməz və bir o qədər də xoş bir tədbir idi. Məncə, bu olimpiada türk dünyası üçün “Eurovision” yarışmasının Avropa üçün olan əhəmiyyətindən daha böyükdür. Bu olimpiadanı iki yöndən uğurlu addım kimi dəyərləndirirəm. Birincisi, bu olimpiada uşaqlar arasında keçirilir. Yəni olimpia...